gundem / sosial / Cəmiyyət
18.08.2025, 12:00
Universitet diplomları niyə iş tapmağa kifayət etmir?
Azərbaycanda hər il minlərlə gənc ali təhsil müəssisələrini uğurla bitirir, lakin onların çoxu diplom əldə etməklə iş tapmaq məsələsində ciddi çətinliklərlə üzləşir. Təhsil və əmək bazarı arasında yaranan bu uçurum, həm tələbələrin, həm də işəgötürənlərin narazılığına səbəb olur.
"dogruxeber.tv" olaraq bu problemin əsas səbəblərini araşdırdıq və mövzunu müxtəlif mütəxəssislərlə müzakirə etdik.
Hazırkı təhsil sistemi bəzən tələbələrin bazarda tələb olunan praktik bilik və bacarıqlardan uzaq qalmasına gətirib çıxarır. İşəgötürənlər isə işçilərdə yalnız diplom yox, həm də real təcrübə və peşəkarlıq gözləyirlər.
"dogruxeber.tv" əməkdaşlarının apardığı sorğular və təhlillər göstərir ki, bir çox məzunlar işə başlamaq üçün əlavə kurslara, təcrübə proqramlarına üz tutmalı olur, bəzən isə iş yerləri üçün tələb olunan tələblər onları diplom sahibi olmalarına baxmayaraq kənarda qoyur.
Digər tərəfdən, iqtisadiyyatın strukturunda dəyişikliklər də bu problemi dərinləşdirir. Yeni iqtisadi sahələrin inkişafı ilə yanaşı, ənənəvi sahələrdə iş yerlərinin azalması gənclərin uyğun peşə seçimi etməsinə mane olur. Həmçinin, dövlətin və özəl sektorun əmək bazarına uyğun kadr hazırlığı sahəsində koordinasiya səviyyəsinin aşağı olması nəticəsində təhsil və iş həyatının əlaqəsi zəifləyir.


