gundem / yazarlar / Mədəniyyət
31.08.2025, 11:07
Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXXI hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “HİKMƏT XƏZİNƏSİ” və “HİCRANNAMƏ“ əsərləri haqqında düşüncələrim.)
OTUZ BİRİNCİ HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30
Çox gözəldir. Şair bu beytində çox böyük mənalar ifdə edir. Burda bir millətin, bir xalqın dəyərləri, yüksək mədəniyyəti. əxlaqı və bəzi incə məsələlər böüyk sənətkarlıqla tərənnüm edilmişdir. İsmətli, ləyqətli bir Azərbycan xanımının müsbət obrazı oxucuların xəyalında canlanır. Xalidə xanım burda bir rəssam kimi sözlərdən elə bir canlı mənzərə yaradır ki, insan baxdıqca baxır və düşünür. Dərdini, kədərini, qəmini qələmlə deməyə utanır sevgi aşiqi, fırça ilə öz dərdini izhar edir. Səmimiyyətlə deyərdim ki, bu yüksək mənəvi ucaliq və mədəniyyət yalnız bizim xalqa məxsusdur: “Utanıb dil deməz dərdin, qələmim pünhamımı car eylər”. Çox gözəldir və mən bunu poeziyamızın təsəvvüf düşüncə tərzinin tərənnümü hesab edərdim.
Daha sonra oxuyuruq:
Daha sonra oxuyuruq:
Qəmi- hicran mənə xoşdır, diləmə azad olam,
İstərəm eşq əzabın çəkmək ilən mən şad olum.
***
Dilərəm həsrət ilə qəlb vura sevdası üçün,
Qəmim eşqimlə məni dost bilə sevdası üçün.
***
Qəmi- Hicranə edib ömrümü qurban yaşadım,
Məni ondan ayıran həsrəti qəlbən daşıdım.
***
Küllü dünya ola cənnət ,dönməm öz yolumu,
Bağı- bağçam da görür dərdə düçar olduğumu.
***
Qoca dünya baxır, gözlərim ağlar yar üçün,
Bələnib həsrətə qəlbim, döyünür dildar üçün.
***
De ki, ey Xalidə Hicran, verə möhlət nənə yar,
Nura qərq qəlbimə qəmdən tikəm ev, versə qərar.

Xalidə Hicran məsnəvi yaradıcılığında özünün ən yüksək zirvəsinə ucalır, mütəsəvvüf bir şair səviyyəsinə çatır. Təsəvvüf düşüncə tərzinə görə rahatlıqla, istəyinə asanlıqla nail olmaqla bu ali dərəcəyə yüksəlmək olmaz. Deyildiyi kimi təsəvvüf eyni zamanda əzabdır, ah-nalədi, yanıb –qovrulmaqdır, Xalidə Hicranın eşq aşiqləri kimi. “ Qəmi- hicran mənə xoşdur, onun əzabını, həsrətini çəkməkdən xoş oluram” deyə bu eşq aşiqləri əsil sevginin nə olduğunu sərgiləyir və insanı heyrətə gətirəcək səbr, dözüm və iradə göstərirlər. Bu, Xalidə Hicran sevgisinin, onun təsəvvüf düşüncə tərzinin təntənəsidir. Odur ki, “ Bütün dünya cənnət olsa, öz yolumdan, sevgimdən dönən deyiləm” deyə şair bağın- bağçanın, güllərin- çiçəklərin də onun dərdlərinin şahidi olduğunu vurğulayır. Şair burda bağı- bağçanı, gülləri- çiçəkləri elə belə, söz xatirinə işlətmir, bu gül- çiçəklər, bağ- bağçalar onun ağır, əzablı günlərinin, acı göz yaşlarının, narahat, yuxusuz gecələrinin canlı şahidləridir. O. öz sevgilisinin yoxluğuna nə qədər qəmlənib əzab çəkirsə, bu əzab- əziyyəti, qəm- qüssəni çəkə bildiyindən şad olur, sevinir, bundan böyük təskinlik və məmnunluq duyur, Ulu Yaradana şükürlər edir.
Muhyəddin ibn Ərəbiyyə məşhur “ Vəhdəti vücud” təlimində yazır: “ Mənə sənin vücudunun vəhdətini şahid etdir.” Biz lazım olanda, yeri gələndə bu təlim haqqında qısa da olsa məlumat verəcəyik. Bəs təsəvvüf elminin yaradıcısı bu fikri ilə nə demək istəyir? Bu sualı daha dərindən başa düşmək və dərk etmək üçün kamil insan haqqında düşünmək lazımdır. Vəhdəti- vücud bir növ insani kamilliyə işarədir. Yəni bütün insanı dəyərlərin vəhdəti, birliyi, bütövlüyü və nəhayət, kamilliyi. İbn Ərəbiyyə “ Mənə sənin vücudunun vəhdətini şahid etdir” deməklə insandakı bütün dəyərlərin vəhdətinə, bütövlüyünə və kamilliyinə işarə vurur və bunun şhidi olmaq istəyir.
Muhyəddin ibn Ərəbiyənin fikirlərini ona görə önə çəkdim ki, Xalidə Hicranın sevgi aşiqləri məhz onun düşündüyü kimi vəhdəti vücud insanlardır. Onları sındırmaq, əymək, hansı vasitələrləsə öz yolundan döndərmək mümkün deyil. Bu insanlar Allahın verdiyi bütün dəyərləri qoruyub saxlayan, onların vəhdətinə, birliyinə, bütövlüyünə, kamilliyinə nail olan sevgi aşiqləridir. Əlbəttə, bu, şairin varlıq, təbiət, cəmiyyət, insan və dünya haqqında olan ümumi fikirlərinin , fəlsəfi görüşlərinin və təsəvvüf düşüüncələrinin təcəssümüdür. İbn Ərəbiyənin 12 –ci əsrdə vəhdəti vücud haqqındakı fikirlərini 9 əsr sonra Xalidə Hicran öz məsnəvilərində əks etdirmişdir. Nəhayət, mən çəkinmədən deyərdim ki, Xalidə Hicran özü bir DÜ2ŞÜNCƏ SİSTEMİ yaratmışdır. Bu dini-fəlsəfi- əxlaqi düşüncə sistemi insani dəyərlərin məcmuusu və onun şəxsiyyətin formalaşmasına əsaslı təsir göstərməsidir. Burda əsas amil sevgidir. Təmiz, pak və ülvi bir sevgi. Xalidə Hicranın poeziyası ilə yaxından tanış olduqda görürük ki, onun bütün sevgi aşiqləri, lirik qəhrəmanları öz sevgisinə, məhəbbətinə, öz fikrinə, düşüncəsinə olduqca sadiq insanlardır və ən əsası isə bu insanlar öz sevgisi uğrunda əzab və iztirab çəkməkdən nəinki yorulmurlar, hətta şad olurlar. Ulu Tanrı onlara belə bir sınaq, belə bir fürsət verdiyi üçün şükür edirlər. Xalidə Hicranın oxucularda formalaşdırmaq istədiyi bu insani hisslər və dəyərlər onun düşüncələrinin ümumi məcmuusunu təşkil edərək bir sistem halına gəlir. Bu zaman onun düşüncələri məsnəvi yradıcılığı ilə Muhyəddin ibn Ərəbiyə, Mövlnə və digər klassiklərin fikirləri ilə uzlaşır və eynilik təşkil edir. Bu fikri deməkdən çəkinmək lazım deyil. Xalidə Hicran yaradıcılığına düzgün qiymət vermək lazımdır. Məhz bu dəyərlər sistemidir ki, onu təsəvvüf şair ucalığına yüksəltmişdir. Xalidə Hicranın sevgi aşiqləri əzab çəkir, ağrıyır, yanır, qovrulurlar, amma onlar bu halından şikayət etmirlər. Əksinə, öz istəkləri uğrunda əzab çəkməkdən şadlanır və zövq alırlar.

Gəl, ey idrakımın şahı, tələs, ey qərib sultanım,
Bir insaf et, sənə qurban dedim bu cism ilən canım.
***
Bu gözlər qurban olsun ki, səni gorsün bir kəz,
Əgər görməzsə dərmanı kimə sorsun daha bir kəz.
***
Bu canı qurban eylədim, ürək çoxdan olub qurban,
Dur, gəl, ey gözəl yarım, qəbul et, keçmə qurbandan.
***
Özün könlümdəsən, harda gəzib bəs axtarım səni ?
Bu könlümdə qurubsan taxt, nə cür qurban verim səni?
***
Bu canı qurban eylədim, nəyim var başqa ta bundan ?
Ola min bir bu cür canım, yenə eylər yarın qurban.
***
Sənlə getdi xoş günlər, gedibdir dincliyim sənlə ,
Kədər, qüssə, dərd olmuş könül həmdəmi ta mənlə.

Göründüyü kimi Xalidə Hicranın sevgi qəhrəmanları mənəvi yüksəkliyin elə bir zirvəsində dayanır ki, oxucu onun sözlərinə nəinki inanır, hətta “Əgər bir canım yox, min canım olsa, onu da qurban verərəm” kimi dediyi sözlərə heç bir şübhəsi qalmır. Onlar sevgisində, məhəbbətində səmimi olduqları qədər də, sözlərində, fikirlərində, düşüncələrində səmimidirlər. Xalidə Hicranın bu sevgi aşiqləri öz ağlı ilə deyil, məhz təmiz sevgisi, məhəbbəti, düzgün, xoş əməli ilə Allaha yaxınlaşırlar. Muhyəddin ibn Ərəbiyə deyir : “O insanlar ki, qəlbən, sidq urəklə sevməyi bacarırlar deməli, onlar materialist panteizm düşüncəli deyillər, Allahın varlığını, onun tenzih teşbihini bərabər zikr edərlər”. Aydınlıq üçün deyək ki, panteizmə görə təbiətdən yüksəkdə heç nə yoxdur, onu heç kim yaratmamışdır.O. həmişə var idi , var və olacaq. Tabəət özünə xas olan təbii qnunlarla idarə olunur
İbn Ərəbiyənin fikirləri Xalidə Hicranın məsnəvi yaradıcılığında , deyərdim ki, lap bütün yaradıcılığında çox önəmli yerlrdən birini tutur. Onun poeziyasının əsas ana xətti məhz Allahın dərkindən keçir. Və Xalidə xanımın bu dərki, bu inam və etiqadı onun həyatının mənasını təşkil edir. Əgər bu, bir tərəfdən yüksək, savadlı, elmli və intellektual bir ailə tərbiyəsinin nəticəsidirsə, digər tərəfdən özünün kamillik dərəcəsinə yüksəlməyin bəhrəsidir.

Tanrıya mən bir qulam, könlümdə sultan olsa da,
Mən onun mehmanıyam, könlümdə mehman olsa da.

Və yaxud:
Dözümü az olanın, sanma təmiz nlyyətini,
Səbr ilə etdi sınaq Tanrı bəşəriyyətini.
***
Tanrının eşqi ilə yan, elə bu eşqə biyət,
Bəsdlr, ey Xalidə Hicran , eyləyirsən şikayət.

Allahın dərki, Allaha inam elmin, savadın, tərbiyənin, əxlaqın, bir sözlə, yüksək daxili aləmin və mənəvi zənginliyin təntənəsidir.
Etmə bu qədər tərifi ki, sevgi bəladır,
Tək Allahın eşqiylə yananlar bibəladır.
***
Gər yansa da bir ərş ilə fərş, gəlsə də məşhər,
Bir Tanrının eşqi ilə olam dillərə əzbər.
***
Bir dərdimə dərman ola lazım, verən odur,
Eşqinlə, ey Allah, mənim eşq badəmi doldur.
***
Bir güm ölsəm gər ki, xəta, eyləmə tənbeh,
İslah elə, ya Rəbb, məni, sən ol mənə naseh.
***
Ey Tanrım, əgər olmasa pakizə əqidəm,
Heç bir şeyi görməz, diləməzdim onu bir dəm.
***
Qəlb evləri məşhərdə əgər çöksə bir anda,
Tək Allahın eşqiylə yanar şamı, nihanda.

Xalidə Hicran düşüncə tərzinin dini- fəlsəfi dünyagörüşü hesab edilən təsəvvüf elmi ilə eynilik təşkil etməsi, mənə elə gəlir ki, şairi 21-ci əsrin əvvəli Azərbaycan ədəbiyyatında təsəvvüf məsnəvi poeziyasının yaradıcısı esab etmək olar. Mən müqayisə etmədən də bu fikrin tərəfdarıyam. Bütün islam elmləri kimi təsəvvüfün də mənbəyi Quran Kərimdir. İstedadlı alim Füzuli Bayat təsəvvüfün bir tarixi gerşçəklik olduğunu göstərir və eyni zamanda təsəvvüfün araşdırılma tarixini və onun uzun müddət gizli qalan bir sıra məqamlarını açıqlayır. Filologiya üzrə fəlsəfə doktoru Tahir Orucov Füzuli Bayatın “ Türk- təkkə ( təsəvvüf) ədəbiyyatı” kitbı haqda yazdığı şərhdə deyir: “...təsəvvüfün sosial- siyasi köklərini, sufizmin yaranmsını şərtləndirən tarixi vəziyyəti, ilk təsəvvüf düşüncələrin nədən ibarət olduğunu açıb göstərir”.
Qeyd etdiyimiz kimi təsəvvüf olduqca geniş, dərin, dini- fəlsəfi, mənəvi- əxlaqi bir düşüncə tərzidir ki, Xalidə Hicranın məsnəvilərini diqqətlə oxuduqca biz bunun daha yaxından canlı şahidi oluruq. Həm də özümüz üçün tam yəqin edirik ki, Xalidə Hicran sevgisi olduqca güclüdür və o, bütün yüksəkliklərə, qarşıya qoyduğu hədəfə yalnız bu ilahi sevginin gücü ilə ucalır:

Uca bir zirvədir eşqim, bütün dünya edər heyrət,
Həsəd edər ona Leyli, ona Şirin çəkər həsət.
Həsəd edər ona Leyli, ona Şirin çəkər həsət.
Və yaxud:
Hər ahımdan çiçək bitsə, gülüstanə dönər aləm,
Bütün dünya duyar ətrin, ürəklərdən keçər dərd- qəm.

Sevgi məsnəvisində bir məqama toxunmaq istəyirəm. Bildiyimiz kimi dövr, zaman, mühit, ailə, cəmiyyət insanın xarakterinə, onun formalaşmasına əsaslı tesir göstərir. Təbii ki, 50-60 il bundan əvvəlki insanlarla indiki insanların ağlı, düşüncəsi, intellekti, dünyagörüşü və səviyyəsi eyni deyil. Həmçinin onlrın həyata baxışı, sevgiyə münasibəti də eyni ola bilməz. İnternet əsrində insanlar daha ayıq, daha müasir və necə deyərlər, çoxbilmiş olurlar. İndiki insanlar hardasa sevgiyə də müəyyən maraqlar prizmasından yanaşırlar. Bu, mübahisə doğuracaq bir fikir deyil, acı da olsa bir çox həqiqətləri əks etdirir. Bunu ona görə deyirəm ki, Xalidə Hicran erasının sevgisi ilə Nizami Gəncəvi əsrinin sevgisini müqayisə etmək olmaz. Çünki o dövrün insanları ilə indiki insanlar tamam başqa-başqa adamlardır. Onda insanlar daha təmiz, saf, vəfalı, etibarlı, güvənli və inamlı idi. Ona görə də Xalidə Hicranın sevgi aşiqləri “ uca bir zirvədir eşqim, bütün dünya edər heyrət” deyərkən buna adi hal kimi baxmaq olmaz. Çünki o müasir, eybəcər həyatımızın içərisindən çıxan , öz daxili və mənəvi zənginliyi ilə klassik seviyyəyə yüksələn , öz ilahi eşqi ilə Leylini də, Şirini də həsəd və həsrət qoyan bir sevgi aşiqidir. Onun hər ahından çiçək bitsə, bütün dünya gülüstana dönər, insanlar onun ətrindən doyar, ürəklərdə dərd-qəm azalar. Bax, budur İlahi sevginin, Xalidə Hicranın tərənnüm etdiyi həqiqi məhəbbətin təntənəsi... Bu sevgi insanlara sevinc, xöşbaxtlik gətirir, onlarda xoş hisslər oyadır. Sevgi insanın ən böyük dəyəri, olduqca yüksək , həyatda və dünyada heç nə ilə əvəz olunmayan ali bir hissdir.