“Ədəb-ərkanlı qadın olmaq” sindromu: Cəmiyyətin yaratdığı süni qadın obrazı

DogruXeber.tv” bildirir ki, Azərbaycan cəmiyyətində qadınlara qarşı hələ də yaşadılan və açıq-aşkar hiss edilən ikili standartlardan biri də “ədəb-ərkanlı qadın” modelidir. Bu anlayış illərdir ki, qadının davranış sərhədlərini cəmiyyət adına təyin edir, amma heç kim bu anlayışın kökündə nə dayandığını sorğulamaq istəmir. Çünki bu model, əslində qadına yönəlik susdurucu və formalaşdırıcı bir mexanizmdir – sanki qadın ancaq sakit, tabe olan, dik baxmayan, sorğu verməyən, müdafiə olunmayan biri olmalıdır.

Bu obraz, cəmiyyətin bir qadından gözlədiyi “doğru davranışlar siyahısı” ilə diktə olunur: az danış, çox gülümsə, sinəni qabağa vermə, səsini yüksəltmə, kişilərin yanında iddialı olma, istəmədiyini də “əxlaqla” izah et, evli kişiylə danışanda məsafəni saxla, gec çıxma, tez qayıt, hətta evdə qonaq varkən güldüyün səs belə “ədəbsizlik” kimi qəbul oluna bilər. “DogruXeber.tv” üçün bu gedişatın təhlükəli tərəfi ondadır ki, bu davranış kodeksi qadının öz iradəsini, qərarlarını və rahatlığını əldən almaq hesabına qurulur. Yəni qadın "ədəb-ərkanlı" qalmaq üçün öz şəxsiyyətindən vaz keçməlidir.

Ən pisi isə budur ki, bu qaydalar adətən qadınlara başqa qadınlar tərəfindən öyrədilir. Cəmiyyətin “özünü qoruyan sistemi” olaraq analar, qayınanalar, qonşu qadınlar bu zənciri nəsildən-nəslə ötürür. Geyimdən tutmuş oturub-durma tərzinə qədər hər şey “nə deyərlər” ölçüsü ilə qiymətləndirilir. Sanki qadının həyatında öz istəyi deyil, başqalarının rəyidir əsas olan. Qadının təbii reaksiyası, duyğuları, fərdi sərbəstliyi bu "nəzakət maskası"nın altında boğulur. Bu da onu öz fikrini söyləyə bilməyən, “çəkici” və “hörmətli” görünmək üçün susmağa məcbur edilən passiv bir obraz halına salır.

Əslində isə qadının güclü olması, haqlı olduğu yerdə sözünü deməsi, öz fikrini müdafiə etməsi heç də “ədəbsizlik” deyil. Bu davranışlar şəxsiyyətin, maarifin və sağlam özünüdərkin göstəricisidir. Ancaq bu davranışlar bizdə çox zaman “kişiləşmək”, “naz-qəmzədən çıxmaq”, “ətək yığışdırmamaq” kimi yozulur. Qadına yalnız cəmiyyətin xoşladığı formada gülmək, ağlamaq və danışmaq icazəsi verilir. Qadınlara məxsus hisslər, duyğular belə, sanki əvvəlcədən redaktə olunmuş variantla yaşanmalıdır.

Bu “ədəb-ərkan” sindromunun qurbanı olan qadınlar illərlə özünə sıxışa-sıxışa, daxildə qapanaraq yaşayır. Onların əksəriyyəti ailə içində və ya ictimai mühitdə yaşadığı haqsızlıqları dilə gətirmir, çünki “sakit qalmaq daha yaraşır qadına”. Bu isə qadını zəif yox, susdurulmuş edir. Ən qorxulusu budur ki, bu susdurulma zamanla normallaşır və qadın özü də bu halı qəbul edib, artıq özünü dəyişmək istəmir — çünki qorxur. Qorxur ki, "qınağa tuş gələr", "ər evində problem yaşanar", "iş yerində adına söz gələr".

Müasir cəmiyyət qadını hələ də “ağıllı ol, amma çox da qabağa çıxma”, “gözəl ol, amma diqqət çəkmə”, “savadsız olma, amma ağıllı da görünmə” kimi daxili ziddiyyətlərə sürükləyir. Bu isə yalnız və yalnız qadınları tükəndirir, cəmiyyətin isə özü-özünə qarşı çıxmasına səbəb olur. Axı, həm “güclü qadın” istəyib, həm də onu “susdurmaq” mümkün deyil. Əgər bir qadın realdırsa, ona maska taxdıra bilməzsən.

Qadın olmaq sadəcə “ədəblə oturub-durmaq” deyil. Qadın olmaq — hiss etmək, sevmək, narazı qalmaq, tələb etmək, istəməmək, tənqid etmək və yenidən ayağa qalxmaqdır. Əgər cəmiyyət bunu anlamırsa, demək hələ də qadını insan yox, rol kimi görür.

Oxunub: 174

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər