İşəgötürənlərin nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təminatına xidmət edən məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işəgötürənlər üçün müsabiqə elan edir.

"DogruXeber.tv" xəbər verir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər daxildir.

Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən işəgötürənlər müraciət edə bilərlər:

– Son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;

– Son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən;

– Boş iş yerləri barədə məlumatları vakansiya bankına təqdim edən;

– İqtisadi fəaliyyət növü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, emal sənayesi, topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiri, yaşayışın təşkili və ictimai iaşə, istirahət, əyləncə və incəsənət sahəsi üzrə olan;

– Dövlət, bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin isə müsabiqədə iştirakına yol verilmir.

Müsabiqədə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan, əmək bazarında ən çox tələb olunan peşələr üzrə məqsədli proqramlar təqdim edən işəgötürənlərə üstünlük veriləcək.

Hər bir işəgötürən müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz.

Müsabiqədə qalib gələn işəgötürənlərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerlərinin yaradılması ilə bağlı xərclərinin 75 faizədək hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödəniləcək.

İşəgötürənlər buradakı link vasitəsilə müsabiqədə iştirak üçün müraciət edə bilərlər.

İşəgötürənlərin nəzərinə!

İşəgötürənlərin nəzərinə!

İşəgötürənlərin nəzərinə!

Oxunub: 188

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər