Azərbaycanda bu ödəniş LƏĞV EDİLİR

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri – binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm “köhnə”, həm də “yeni” binaların idarəetmə modelində ciddi xaos hökm sürür.

Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda davam edirlər. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə çox vaxt ürəkaçan olmur.

Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən idarə olunan binalarda isə “komendant pulu” termini sakinlərin ən çox şikayət etdiyi mövzudur. Burada kommunal xidmət haqları (lift, mühafizə, işıqlandırma və s.) çox vaxt vahid tarif olmadan, binadan binaya dəyişən subyektiv qiymətlərlə yığılır. Hesabatlılığın olmaması, mənzil sahiblərinin idarəetmədə iştirak edə bilməməsi və ödənişlərin bəzən “ayrı-seçkilik” prinsipləri ilə yığılması sakinlərin narazılığını artırır.

Bakıvaxtı.az xəbər verir ki, bu idarəetmə böhranı və qanunvericilikdəki boşluqlarla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov mövcud vəziyyəti tənqid edib.

“Bina və komplekslərdə ümumi istifadədə olan lift, su nasosu, işıqlandırma, mühafizə və s. kimi ümumi istifadə olunan xidmət və invertarların idarə olunmasında yeni qanunvericilik yanaşması tətbiq olunmalıdır”.

Onun sözlərinə görə, sakinlərin MMMC yaradaraq binanı idarəetmək üçün təşkilatlanması mexanizmi hazırkı şəraitdə işlək deyil:

“Qonşuların yaratdığı müştərək cəmiyyətlər mülki məcəllə ilə tənzimlənsə də yenə mexanizm fayda vermir. O zaman hər hansı problemin həlli üçün məhkəməyə müraciət olunmalıdır. Aylarla çəkən məhkəmə prosedurunu gözləmək məntiqə uyğun deyil. Hansısa kiçik binada qonşular bir-birlərinə yaxın olduqları üçün bu mümkün ola bilər. Amma yaşayış komplekslərində insanlar tanış da deyillər. Kimdənsə pul istəmək çətin məsələdir. Hətta bilərəkdən ödəniş etməyənlər olur. Mənzil Tikinti Kooperativləri (MTK) də düzgün işləmir. Öz tanıdıqları adamları mənzil satırlarsa, əlbəttə, onlardan kommunal xidmət haqqı almayacaqlar. Nəticədə digər qonşuların ödənişləri çoxalır”.

Qanunvericilikdəki prosedurların ağırlığına toxunan millət vəkili alternativ model təklif edir:

Komitədə təklif verəcəm. Kommunal xidmət ödənişlərinin yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması məqsədəmüvafiqdir. Belə olan halda inzibati məsuliyyət vətəndaşı məcbur edəcək ki, vaxtında ödəniş etsin”.

Rövşən Muradov köhnə binaların idarəçiliyi və bələdiyyə institutunun zəifliyi barədə də faktları xatırladıb:

“O ki qaldı sovet dövründə inşa edilmiş binalara, onlara hələ Mənzil Kommunal İstismar idarələri baxır. İdarənin yığdığı vəsaitə nəzarət mexanizmi isə yoxdur. Ümumiyyətlə “JEK” adlandırılan qurumlar 2009-cu ildən ləğv edilib. Az sayda qalanlar hansısa kabinetlərin xətti ilə mövcuddur. Ölkədə bələdiyyə də özünü doğrultmadı. Qanunvericilklə yaşayış zonalarında bəzi xidmətlər – binaların fasadının təmiri, təmizlik kimi işlər bələdiyyə orqanlarının vəzifə borcuna aiddir”, – deputat deyib.

Oxunub: 229

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər