gundem / hadise
15.01.2026
Binəqədidə yaşayış binası yanır – Sakinlər təxliyə edildi
Binəqədi rayonunda yataqxana binasında yanğının söndürülməsi tədbirləri davam etdirilir.
"DogruXeber.tv" xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. Bina sakinləri təxliyə edilib, xəsarət faktı qeydə alınmayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.



