Heyvan bazarları açılır, ətin qiyməti niyə UCUZLAŞMIR?

DogruXeber.az: - Azərbaycanda bir müddət əvvəl heyvan bazarlarının bağlanması ət bazarında ciddi qiymət artımına səbəb olmuşdu.

Aradan bir neçə ay keçməsinə baxmayaraq, bəzi heyvan bazarları artıq fəaliyyətini bərpa etsə də, ətin qiymətində ucuzlaşma müşahidə olunmur. Bu vəziyyət isə ən çox alıcıların narazılığına səbəb olur.

Bazarlar bağlanmazdan əvvəl mal əti pərakəndə satışda 16-16,50 manat arasında təklif olunurdu. Lakin heyvan bazarlarının fəaliyyətinin dayandırılmasından sonra qiymətlər 17,50 manata qədər yüksəldi. Hazırda da bazarda eyni qiymət qorunub saxlanılır.

Daha baha olan quzu əti isə hazırda 20 manata satılır ki, bu da bir çox ailənin gündəlik alış-verişini çətinləşdirir.

Maraqlıdır ki, yerli ətin baha qalmasına baxmayaraq, bazarda xaricdən idxal olunan ətlər daha ucuz qiymətə təklif olunur. Belə ki, bəzi satış nöqtələrində idxal ətlərinin 12-14 manat aralığında satıldığı müşahidə edilir. Bu isə alıcıları seçim qarşısında qoyur: bahalı yerli ət, yoxsa daha ucuz idxal məhsulu.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Baku.ws-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur:

“Ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır”.//tribuna.az

Oxunub: 205

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər