Nəsimi icra hakimiyyətində mübarizə: Zahid Xəlilov Gülarə Verdiyevaya qalib gələcək?

Nəsimi rayonunda icra başçısının müavinləri arasında mübarizə: Zahid Xəlilov icra başçısı olmaq istəyir

DogruXeber.tv: - Nəsimi rayonunda son günlərdə baş verən dəyişikliklər və gərginliklər, xüsusilə rayon icra başçısının müavinləri arasında baş verən mübarizələr maraqla izlənir. Xəbərə görə, Nəsimi rayon icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib. Bir neçə gün sonra isə İcra başçısı Elxan İbrahimov da vəzifəsindən uzaqlaşdırılıb. Bu dəyişikliklərdən sonra, icra hakimiyyətində ilk böyük toplantı keçirilib.

Xalq-a daxil olan iddilara görə, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov, bu toplantıda yüksək səviyyəli çıxış edərək, rayonda böyük bir atəşfəşanlıq kimi qarşılanmışdır. Verilən məlumataa əsasən, Zahid Xəlilov, Prezident Administrasiyasının (PA) Ərazi-Təşkilat Məsələləri Şöbəsinin 1-ci Ərazi Sektorunun Müdiri Tağı Tağıyevin dəstəyi ilə bu yüksəlişini əldə edib. Xəlilov, Elxan İbrahimov və Ramiz Quliyevin vəzifələrini itirməsində birbaşa iştirak edib və nöqsanlarla bağlı məlumatı çatdırılmasında əsas iştirakçı olub.

İddiala görə, Zahid Xəlilov, axşam yeməyi zamanı Ramiz Quliyevi bilərəkdən kənara atıb və nəticədə, Ramiz Quliyev səhər saatlarında ərizə yazaraq işdən çıxıb. Bu vəziyyət, Xəlilovun İbrahimov və Quliyevin vəzifədən uzaqlaşdırılmasına səbəb olan ssenarinin bir hissəsi olaraq qiymətləndirilir. Zahid Xəlilovun, sahibkarlardan və icra başçısından istədiyi məlumatları PA-ya şəxsən çatdırması da bu prosesin bir parçasıdır.

İndi isə Zahid Xəlilovun növbəti məqsədi İcra Başçısının 1-ci müavini Gülarə Verdiyeva ilə mübarizə aparmaqdır. Xəlilov, bu mübarizəni tam gücü ilə davam etdirir. Xüsusilə, Nəsimi rayon icra hakimiyyətinin məlumatında Gülarə Verdiyevanın adının ən sonuncu olaraq qeyd edilməsi, bu mübarizənin artıq açıq bir müstəviyə keçdiyini göstərir. Mənbələrə görə, Verdiyeva bu mübarizədə məğlubiyyətə uğramağa çox yaxın görünür, çünki onun siyasi təcrübəsi və savadı Zahid Xəlilovla müqayisədə kifayət qədər zəifdir.

Gülarə Verdiyevanın yüksək vəzifəli qohumu olması isə Zahid Xəlilov və Tağı Tağıyevə qarşı hansı adımlar atacaq, bu, zamanla aydın olacaq. Mənbələr bu mübarizənin daha da böyüyəcəyini və nəticədə Zahid Xəlilovun üstünlük əldə edəcəyini proqnozlaşdırır.

Növbəti sayımızda isə Asif Əsgərovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsindən sonra Zahid Xəlilovun necə bir yol izlədiyini və Ələskər Rüstəmov ilə birlikdə necə razılaşmalar əldə etdiklərini təqdim edəcəyik. Həmçinin, Nəsibi bəy Yusifbəylidə yerləşən Nəsimi MKTB-nin 59 saylı mənzil-kommunal istismar sahəsinin kimlərə və necə satıldığını oxucularımıza təqdim edəcəyik.

Bu hadisələrin araşadırması davam edir. Məlumatlar dəqiqliklə oxuculara təqdim olunacaq.

Məsələ ilə bağlı adı keçən şəxslərin münasibətini öyrənmək mümkün olmadı.(Xalq.online)

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər