Mətbuat Şurası “İdrak” liseyindəki güllələnmə hadisəsi ilə bağlı jurnalistlərə çağırış edib

“İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.

"DogruXeber.tv" xəbər verir ki, bu, Mətbuat Şurasının yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, sözügedən addım “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir:

“Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”.

Həmin bənddə o da bildirilir ki, “daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır”. Təəssüf ki, “İdrak” liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi.

Media mənsublarının “İdrak” liseyi şagirdindən aldıqları müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranış “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipində əksini tapmış “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə qarışdırılmamalıdır” tələbinin də pozulmasıdır. Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz.

Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırır. Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır”.

Qeyd edək ki, bu səhər “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə müəllim Ş.K-nı güllələyib.

Oxunub: 121

Son xəbərlər

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Bütün xəbərlər