Tenderlərdə “Yaşıl Nida” Sirri – Dövlət müqavilələri niyə detalsız qalır?

Son illər dövlət satınalmaları sahəsində baş verənlər, tender adı altında büdcə vəsaitlərinin necə və kimlər arasında bölüşdürülməsi məsələsi ictimaiyyət üçün ən həssas mövzulardan birinə çevrilib. Bu istiqamətdə müxtəlif faktlar, araşdırmalar və sənədlər dəfələrlə gündəmə gətirilib.

Dogruxeber.tv” olaraq biz dəfələrlə yazmışıq ki, eyni qurumun eyni şirkəti təkrar-təkrar qalib elan etməsi, rəqabət mühitinin formal xarakter daşıması və bəzi hallarda şübhəli satınalma prosedurları artıq sistemli xarakter alıb.

Amma görünən odur ki, bu məlumatların ictimailəşdirilməsi real nəticəyə gətirib çıxarmır. Əksinə, proseslər dəyişmir, adlar dəyişmir, yanaşma dəyişmir. Bu isə sual yaradır: ya bu sahədə ciddi və effektiv nəzarət mexanizmi yoxdur, ya da nəzarət etməli olan qurumlar baş verənlərdən xəbərdardır və hər hansı səbəbdən müdaxilə etmir.

Dövlət Satınalma Portalının (etender.gov.az) son 2–3 günə aid məlumatlarına nəzər saldıqda maraqlı mənzərə ortaya çıxır. Onlarla yeni müqavilə yerləşdirilib, lakin “ətraflı məlumat” bölməsi boş saxlanılıb. Həmin bölmədə yalnız yaşıl nida işarəsi var, amma müqavilənin predmeti, əsaslandırılması, satınalma üsulu və digər detallarla bağlı məlumat təqdim olunmayıb.

Diqqətçəkən məqam isə budur ki, bu müqavilələrin böyük əksəriyyəti üçrəqəmli və ya nisbətən kiçik məbləğlərlə bağlanıb. Formal olaraq məbləğ az görünsə də, şübhə doğuran məhz şəffaflıq məsələsidir.

Məsələn:
Maliyyə Nazirliyi eyni gündə bir neçə kiçik məbləğli müqavilə imzalayıb.

3 nömrəli Uşaq Vərəm Sanatoriyası ilə “Saturun” kiçik müəssisəsi arasında 1.800 AZN-lik müqavilə.

Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə “Aztelekom” MMC-nin Şimal-Şərq Regional Filialının Quba şöbəsi arasında 764 AZN-lik müqavilə.

Dövlət Su Ehtiyatları Agentliyi ilə “Delta Telekom Ltd” MMM arasında 4.226 AZN-lik müqavilə.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi ilə “Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” MMC arasında cəmi 80 AZN-lik müqavilə.

Xaçmaz rayon Statistika idarəsi ilə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi arasında 250 AZN.

Dövlət Statistika Komitəsi ilə “XEROPS” MMC arasında 5.298 AZN.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə “Spark Press” MMC arasında 1.492 AZN.

Balakən Gənclər Evi ilə fiziki şəxs Malvina Süleymanova arasında 1.650 AZN.

Kino Agentliyi ilə “CN-Media” MMC arasında 50.000 AZN.

Xızı Rayon İcra Hakimiyyəti ilə “Aztelekom” MMC arasında 6.060 AZN.

Mərkəzi Bank ilə “Your Decot and Events” MMC arasında 68.280 AZN.

Mərkəzi Seçki Komissiyası ilə “Qaya Mətbuat Yayımı” MMC arasında 1.604 AZN və sair.

Bu siyahını uzatmaq mümkündür. Portal açıqdır və istənilən vətəndaş bu məlumatlara daxil ola bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, müqavilələrin mahiyyəti barədə məlumatlar ya ümumiyyətlə yerləşdirilmir, ya da minimal səviyyədə təqdim olunur.

Yeri gəlmişkən, diqqət çəkən başqa bir detal da var - “Delta Telekom Ltd” MMM eyni gündə həm Dövlət Su Ehtiyatları Agentliyi, həm də Maliyyə Nazirliyi ilə müqavilə imzalayıb. Bu təsadüfdürmü, yoxsa davamlı əməkdaşlıq modelidir?

Qeyd etmək lazımdır ki, Dövlət Su Ehtiyatları Agentliyi son illərdə ən çox tender elan edən və ən çox vəsait xərcləyən qurumlardan biri kimi diqqət çəkir. İl boyu saysız-hesabsız satınalma prosedurlarında iştirak etməsi artıq adi hala çevrilib. Bu isə həmin qurumun satınalma siyasətinin ayrıca araşdırılmasını zəruri edir.

Əsas sual isə dəyişmir: əgər hər şey qanunauyğundursa, niyə “ətraflı məlumat” bölməsi boş qalır? Əgər bu müqavilələr şəffafdırsa, niyə onların predmeti ictimaiyyətə açıq şəkildə təqdim olunmur?

Şəffaflıq dövlət büdcəsinin əsas təminat mexanizmlərindən biridir. Büdcə vəsaiti xalqın vəsaitidir və onun xərclənməsi ilə bağlı ən kiçik detal belə gizli saxlanılmamalıdır. Kiçik məbləğlər ard-arda və sistemli şəkildə bağlandıqda isə ümumi məbləğin nə qədər olduğunu hesablamaq artıq başqa bir mənzərə yaradır.

Dogruxeber.tv” olaraq hesab edirik ki, dövlət satınalmalarında formal açıqlıq deyil, real və dolğun şəffaflıq təmin olunmalıdır. Əks halda, tender mexanizmi ictimai etimad aləti yox, sual doğuran prosedura çevrilməkdə davam edəcək.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər