Bakı meri dövlət tenderini özünə yaxın şirkətə verib- ARAŞDIRMA

Baki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yeni tenderinin nəticəsini açıqlayıb.

"DogruXeber.tv" xəbər verir ki, qurum Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidmətini satın alıb.

Məlumatda deyilir ki, tenderin qalibi “AZ.ARXİTEKTURA” MMC olub. Tərəflər arasında 3 milyon 16 min 98 manat dəyərində müqavilə imzalanıb.

Tribuna.az açıq mənbələr üzərindən araşdırma apararaq müəyyən edib ki, olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Az.Arxitektura” MMC arasında son bir ildə daha 5 tender anlaşması əldə olunub. Məsələn, ötən ilin yayında Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması xidməti satın alınıb. Bunun üçün 2 milyon 387 min 833 manat ödəniş edilib.

Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində flora və fauna muzeylərinin layihə-smeta sənədlərinin hazırlanması isə 605 min 930 manata başa gəlib.

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması da “Az.Arxitektura” MMC-yə həvalə olunub. Bunun müqabilində isə 3 milyon 30 min 582 manat ödəniş olunub.

Analoji işlər Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin və Roma papası II İohann Pavel adına katolik kilse binasının layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması şəklində də reallaşdırılıb. Sözügedən şirkət birinci iş üçün 980 min 462 manat, ikinci iş üçün isə 647 min 112 manat pul alıb.

Araşdırmamız zamanı o da məlum olub ki, “Az.Arxitektura” MMC 2019-cu ildə qeydiyyata alınıb. Şirkət 10 manatlıq nizamnamə kapitalı ilə təsis edilib. 2021-ci ildə şirkətin nizamnamə kapitalı 5010 manata qədər artırılıb. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə ünvanında yerləşən şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra yaradılıb. Daha dəqiqi MMC 2019-cu ildə təsis edilib. “Az.Arxitektura” şirkəti də sözügedən MMC ilə eyni ildə yaradılıb və dərhal da satınalma müsabiqələrinə qatılmağa başlayıb.

Bildirək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin rəhbəri Abit Əliyevdir. O, Eldar Əzizovun yaxın adamı kimi tanınır. Eldar Əzizov hələ Gəncənin icra başçısı vəzifəsində çalışarkən Abit Əliyev onunla işləyib.

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.//Tribuna.az

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər