DİQQƏT! Qaz sayğaclarında müəmmalı vəziyyət – Foto

Şabran rayon sakini Rüstəmova Gilabxanım qaz sayğacı və ödənişlərlə bağlı problemlə üzləşdiyini bildirir. Onun sözlərinə görə, son aylarda qaz sərfiyyatı ilə yazılan məbləğ arasında ciddi uyğunsuzluq yaranıb.

"DogruXeber.tv" xəbər verir ki, şikayətçinin sözlərinə görə, evlərində yalnız “dörd göz” adlanan qaz sobasından istifadə olunur və ailə az saylı olduğu üçün aylıq qaz sərfiyyatı adətən 5–6 manat civarında olur. İstilik sistemi isə elektriklə işləyir.

“Artıq bir neçə aydır ki, “Azəriqaz” abonentlərə qəbz təqdim etmir. Nə qədər qaz yazıldığını dəqiq bilmirik. Halbuki 20 ildir ki, mənim evimdə qaz sərfiyyatı təxminən eyni olur. Amma son aylarda səbəbsiz şəkildə borc 15–16 manat göstərilir”, – deyə Rüstəmova Gilabxanım bildirir.

Onun sözlərinə görə, sayğac göstəriciləri də şübhə doğurur. Belə ki, təxminən 10 gün əvvəl sayğacda 4346 göstəricisi qeydə alınıb. Lakin bu gün sayğaca baxarkən göstəricinin 4345 olduğunu görüb.

“Bu müddətdə qazdan demək olar istifadə etməmişəm. Maraqlıdır ki, sayğacın göstəricisi artmaq əvəzinə bir vahid geri gedib. İdarəyə müraciət edib qəbz tələb etdim. Mənə əvvəlcə dedilər ki, “Azəriqaz” qəbz vermir. Sonradan qəbzi ala bildim və orada da 10 gün əvvəlki göstərici 4346 kimi qeyd olunub”, – deyə o qeyd edir.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və qaz təsərrüfatı əməkdaşlarının fəaliyyəti barədə tədbir görülməsini xahiş edir.

Məsələ ilə bağlı “Azəriqaz”la əlaqə yaratmağa çalışdıq. Lakin telefon zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfin açıqlamasını işıqlandırmağa hazırıq.//Tribuna.az

DİQQƏT! Qaz sayğaclarında müəmmalı vəziyyət – Foto

DİQQƏT! Qaz sayğaclarında müəmmalı vəziyyət – Foto

Oxunub: 82

Son xəbərlər

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

AAYDA-nın qurumu ləğv edilir

Almaniyaya getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ!

Kamran Əliyev Türkiyəyə baş sağlığı VERDİ

Memar: WUF13-ün Bakıda keçirilməsi şəhərsalma siyasətində mühüm hadisədir

Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər

Bütün xəbərlər