İran–ABŞ müharibəsində razılaşma ümidləri: Tehran öz şərtlərini irəli sürdü

ABŞ və İranın silahların susması üçün bir-birindən istədiyi şərtlər aydınlaşır. Tehranın ABŞ-ın təqdim etdiyi atəşkəs təklifinə ilk cavabı mənfi olub və öz şərtlərini irəli sürüb.

"DogruXeber.tv" xəbər verir ki, İranın Press TV kanalı İranlı mənbəyə istinadən yaydığı xəbərdə Tehranın ABŞ-ın təqdim etdiyi atəşkəs təklifini qiymətləndirdiyi və onu həddindən artıq hesab etdiyi bildirilib.

Reuters də İranlı yüksək vəzifəli şəxslərə istinadən Tehranın ABŞ-ın təklifinə ilk cavabının mənfi olduğunu, lakin təklifin hələ də araşdırıldığını bildirib.

İRAN ÖZ ŞƏRTLƏRİNİ İRƏLİ SÜRDÜ

İranın Press TV kanalı İranlı rəsmilərə istinadən yaydığı xəbərdə Tehranın ABŞ-a şərtlərini açıqladığı qeyd olunub.

İran müharibənin başa çatması üçün ABŞ və İsrailin hücum və sui-qəsdlərdən imtina etməsini istəyir.
Tehran iyun ayında baş verən 12 günlük müharibə də daxil olmaqla, oxşar hadisələrin təkrarlanmaması üçün konkret zəmanətlər tələb edir.
İranın şərtləri arasında ABŞ və İsrailin müharibə təzminatı ödəməsi də var.
İran yalnız öz ərazisinə deyil, müqavimət oxuna daxil olan qruplara qarşı hücumların da dayandırılmasını istəyir.
Sonda Hörmüz boğazında İranın suveren hüquqlarının tanınması Tehranın şərtləri arasında yer alır.

İRANIN SƏFİRİNDƏN “DİALOQ YOXDUR” AÇIQLAMASI

Lakin İranın IRNA xəbər agentliyi İranın Pakistandakı səfirinin ABŞ ilə İran arasında birbaşa və ya dolayı heç bir danışıqların olmadığını dediyini açıqlayıb. Elçinin “Pakistan kimi dost ölkələrin Tehran və Vaşinqton arasında dialoq mühiti yaratmağa çalışdığını” və bu cəhdlərin müharibənin başa çatmasına kömək edə biləcəyini ümid etdiyini bildirdiyi qeyd olunub.

Digər tərəfdən, Anadolu Agentliyinə danışan Pakistanlı mənbələr “Zəmanət axtaran İran, raket imkanlarının məhdudlaşdırılmasını rədd edir və təzminat istəyir.” ifadələrini işlədib və danışıqlar üçün 48 saat ərzində addım gözlənildiyini bildirib.

ABŞ-IN 15 MADDƏLİ PLANININ DETALLARI

ABŞ İranın mövcud nüvə imkanlarının aradan qaldırılmasını istəyir. Bundan əlavə, Vaşinqton İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik verməsini, uranın zənginləşdirilməsinin dayandırılmasını, bütün zənginləşdirilmiş materialların təhvil verilməsini tələb edir. Natanz, İsfahan və Fordo nüvə obyektlərinin fəaliyyətinin dayandırılması və məhv edilməsi, Atom Enerjisi Agentliyinin İran daxilində bütün məlumatlara çıxış əldə etməsi də tələb olunan maddələr arasındadır.

ABŞ-ın həmçinin İranın bölgədəki silahlı qruplara dəstəyindən imtina etməsini, bu qrupları maliyyələşdirməyi və silahlandırmağı dayandırmasını tələb etdiyi iddia olunur.

Son xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

Bütün xəbərlər