gundem / dunya
7.04.2026, 13:15
Rusiyada azarkeş tribunada həyatını itirib
Rusiyada keçirilən futbol qarşılaşması zamanı azarkeş ölümü qeydə alınıb.
DogruXeber.tv xəbər verir ki, I Liqanın XXVII turunda "Arsenal" və "Fakel" komandaları arasında keçirilən oyun zamanı tribunada azarkeş vəfat edib.
Hadisə ötən gün Tulada reallaşan qarşılaşma zamanı baş verib. 66 yaşlı "Arsenal" azarkeşi matçı izləyərkən qəfildən dünyasını dəyişib.//Ajans.az


