Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib

Vaşinqtonda ABŞ hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların əməkdaşları və gənc şahmatçılar arasında şahmat turniri keçirilib.

DogruXeber.tv xəbər verir ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin, ABŞ-Azərbaycan Ticarət Palatasının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə və ABŞ-nin yaranmasının 250 illiyinə həsr edilib.

Yeddi raunddan ibarət yarışın nəticələrinə əsasən, Oladapo Olutola birinci, Qreq Delia ikinci, Harisson Beyker isə üçüncü yeri tutub.

Turnirdən sonra rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, bu turnir əslində məğlubiyyət yarışı deyil, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edildiyi, dostluğun, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin qalib gəldiyi bir tədbirdir.

“Əslində, turnirin keçirildiyi məkan məhz Heydər Əliyev tərəfindən təsis edilib. Ulu Öndər sözün əsl mənasında ABŞ-Azərbaycan münasibətlərinin qurucusudur. O, şahmata böyük maraq göstərirdi və onun diqqət və qayğısı nəticəsində Azərbaycanın çoxsaylı şahmat çempionları oldu. Biz Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edirik”,- deyə səfir bildirib.

Səfir Xəzər İbrahim turnirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. Daha sonra iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda ABŞ Dövlət Departamentinin baş müşaviri və turnirin iştirakçısı Conatan Askonasa ABŞ-nin 250 illiyi münasibətilə Azərbaycan Şahmat Federasiyası tərəfindən hazırlanmış xüsusi şahmat hədiyyəsi təqdim edilib.

C.Askonas yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin iki ölkə arasında tarixi münasibətlərin qeyd olunması baxımından əhəmiyyətli bir platforma olduğunu bildirib./trend

Son xəbərlər

Azərbaycan bu ölkəyə neft ixracını artırdı

"SOCAR Green": Günəş və külək enerjisinin birləşdirilməsi elektrik enerjisi istehsalının qeyri-sabitliyini azaldır

Cavid Gül "Space"dən çıxarıldı

ABŞ-də güclü zəlzələ oldu

"Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

I sinif üzrə boş qalan yerlərə qəbul başlayır

Rusiya XİN: ABŞ İrəvanla saziş imzalayarkən Ermənistanın maraqlarını düşünmür

Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?

Moldova Rusiya ilə vizasız rejimi ləğv edir?

Paşinyan: Rusiya ilə mübahisə etməyəcəyik

Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?

Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

ABŞ-da yanacağın qiymətləri 42,2% artıb

"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA

“Onlar uğursuz dövlətdir”

SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

Maştağada yanğın olub

Məhərrəmlik ayı bu tarixdə başlayır

Mütəxəssislərdən qidalanma ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər

Konqoda Eboladan ölənlərin sayı 60 nəfərə çatıb

Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Bütün xəbərlər