hadise
21.01.2019, 09:17
4 otaqlı evdə yanğın

Bakıda yanğın hadisəsi baş verib.
FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 4 m² sahədə və döşəməsi 2 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


