gundem / yazarlar / Mədəniyyət
2.09.2025, 19:06
Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXXIII hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “HİKMƏT XƏZİNƏSİ” və “HİCRANNAMƏ“ əsərləri haqqında düşüncələrim.)
OTUZ ÜÇÜNCÜ HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 >31 > 32
Xalidə Hicranın sevgi qəhrəmanları kor- korənə sevmirlər, şəhvət düşgünü deyillər, bioloji ömür sürməyə can atmırlar. Onlar bütün zərərli meyllərdən və vərdişlərdən uzaq, ağıllı, düşüncəli, insan adına şərəf gətirən, onu daha yüksəklərə ucaldan böyük amallarla yaşayırlar.Onların həyatı da, sevgisi də hər kəsə bir nümunə və örnəkdir. “ Allah eyləyib bəndəyə öz eşqini ənam” deyən şair sonda “ Eşqsiz nə olar bəndə, nə də kürreyi aləm” qənaətinə gələrək təsəvvüf düşüncə tərzinin və irfan dünyagörüşünün ən yüksək səviyyəsinə qədər ucalır. Yəni eşqsiz həyat mövcud deyil. Kürreyi aləm məhz sevgi üzərində qurulub. Biz yazımızın əvvəlində də bu mövzuya qismən də olsa toxunmuş və bu məsələdə şairin fikirləri böyük alim Eynşteynin sevgi haqqında fikirlərilə üst-üstə düşdüyünü qeyd etmişdik.
Könlümü etməsə abad, eşqdən bilməz könül dad,
Elə məchuldu ki, eşq, aləm onunla olar abad.
***
Məni mən eyləyən Allah,etmə eşqdən uzq illah,
Eşq ilə yandı ürək, çəkdi könül hər gecə min ah.
***
Eşq ilə pərvaz edər göydə uçan azadə quşlar,
Eşqsiz göylərin onlardı olan dərdinə huşyar.
***
Eşq mənəm, eşqdir ruhum, eşq ilə cücərdi tumum,
Eşqdir ruhum, məni onsuz quru cəsəd kimi bulun.
***
Ey böyük Eşq, yaradıbsan məni, biləm nədi bu eşq,
Eşqsiz qəm çəkəcəksən, ola qarşında qızıl teşt.
***
Yanmayıb kimsə böyük eşq oduna – alovuna,
O nə üzlə gedəcək Tanrının dərgahına ?

Göründüyü kimi bu məsnəvidə sevgi elə yüksək bir dərəcəyə çatdırılmışdır ki, “ Eşq mənəm, eşqdir ruhum, eşq ilə cücərdi tumum” deməklə dərin məna və fəlsəfi anlamı ilə “Ənə - l- Həqq “ - “ Haqq məndədir, həqiqət məndə vəhdət tapıb, həqiqətə varmışam” deyən sufizm fəlsəfəsi ilə eyni səviyyəyə yüksəlir. Bildiyimiz kimi sufizm irfanın ictimaı təbəqəsinə dxildir və bu fəlsəfi cərəyanın banisi Mövlanə Cəlaləddin Ruminin müəllimi Şəms Təbrizinin sufizm fəlsəfəsi haqqında 40 qızıl qaydası var. Və bu qaydaların hər biri sufizmi dərk etmək üçün böyük əhəmiyyət kəsb edir. İkinci qaydada yazılır : “ Haqq yolunda irəliləmək ürək işidir, ağıl deyil. Bələdçin ürəyin olsun, çiyninin üstündəki başın deyil.Nəfsini bilənlərdən ol, silənlərdən deyil”
Əgər diqqətlə fikir versək görərik ki, Xalidə Hicranın bu məsnəvisində sufizm fəlsəfəsinin mhiyyəti öz əksini tapmışdır. Aşağıdakı beytə bir də diqqətlə nəzər salaq:
Əgər diqqətlə fikir versək görərik ki, Xalidə Hicranın bu məsnəvisində sufizm fəlsəfəsinin mhiyyəti öz əksini tapmışdır. Aşağıdakı beytə bir də diqqətlə nəzər salaq:
Ey böyük Eşq, yaradıbsan məni, bilməm nədi bu eşq?
Eşqsiz qəm çəkəcəksən, ola qarşında qızıl teşt.
Eşqsiz qəm çəkəcəksən, ola qarşında qızıl teşt.
Dünyanın heç bir var-dövləti Xalidə Hicranın eşq aşiqlərini öz yolundan, əqidəsindən, sevgisindən məhəbbətindən çəkindirə bilmir. Onlar mənən çox zəngin və ucadırlar. Olduqca təqvalı və iffətli olan bu insanlar öz sevgisi üçün əzab və iztirab çəkməyi, qəmlənməyi qızıl teştdən çox-çox üstün tuturlar.
Şair yazır:
Şair yazır:
Zər deyiləm, mənə zərgər belə baxmaz, nə də almaz,
Bilsə zər qədrini, eşqsiz o da heç bir şey anlamaz.
Bilsə zər qədrini, eşqsiz o da heç bir şey anlamaz.
Bəli, doğrudan da əgər zərgərin eşqi, sevgisi, istəyi, məhəbbəti yoxdursa, zər də onun gözündə adiləşər, qiymətini, mənasını və əhəmiyyətini itirər . Sevgi insana əlavə dəyərlər verir, onun fikir və düşüncələrini dəyişdirir. Məhz bu ilahi sevginin nəticəsidir ki, Xalidə Hicranın sevgi qəhrəmanları od və su arasındakı ziddiyyətlərin hədəfinə çevrilməyiblər. Bu nədir? Məlumdur ki, həqiqət insanların əlində deyil, amma hər bir insanın ürəyində bir həqiqət var. Sadəcə olarq bu insanlar kəmiyyət dünyasından keyfiyyət dünyasına, yanı əql pilləsindən eşq pilləsinə keçid edə bilməyəndə od və su arasındaki ziddiyyətlərə hədəf olur. Bəs bu ziddiyyətlərdən necə qurtarmaq olar ? Cavab çox sadə və qısadır. Bunun üçün irfanlı, iffətli, əxlaqlı və təqvalı olmaq lazımdır. Xalidə Hicranın lirik qəhrəmanları kimi . Yalnız bu yolla eşqin ən yüksək zirvəsinə ucalmaq, Tanriya qovuşmaq şansını qazanmaq olar. “ Quran Kərim” də Allah təalanın insanları yalnız təqvalarına görə qiymətləndirdiyi açıq şəkildə bildirilir : “ Allah yanında ən hörmətli olmanız təqvalı olmanızıdr” ( Hücrət, 13 ).
Həzrəti Əli deyib: “ Təqvanın zahiri tərəfi dünyada insana şərəf gətirər, batini tərəfi isə axirətdə”. Təqva insana Allah yanında dəyər qzandırır. Bəs təqva nədir ? Bilməyən oxucularımız üçün deyək ki, “ Təqva” ərəb mənşəli sözdür, mənası çəkinmək, uzaq durmaq, pis əməldən qorunmaqdır. Təqva insanın zehnini zərərli meyllərdən, günahlardan uzaq saxlayır. “ Quran Kərim”də deyilir :” Ey iman gətirənlər, Allaha münasibətdə təqvalı olun” ( İmran, 102 ).
Bütün bunlar onu deməyə əsas verir ki, Xalidə Hicranın məsnəvi yaradıcılığı oxuculara yalnız təmiz, pak, İlahi bir sevgi aşılamır, həm də onlara bu sevginin anatomiyasını, mahiyyətini, keçdiyi əzab- əziyyətli yollarını, onun hər kəsə məlum olmayan gizli nüanslarının kodlarını göstərir. Bu şeirləri diqqətlə oxuyan hər kəs bu kodlar vasitəsilə təbiət, cəmiyyət, kainat, yaradılış və insana aid bir sıra dəyərlərlə qismən də olsa çalışmaqla müəyyən blgilər əldə edə bilər. Şair yazır:

Eşqində üsyan etmə qəmə, hasilə yetməz,
Atəşdə kül olmuş, bunu heç bir zaman etməz.
***
Eşq ilə yaratməş səni, ey insan olan kəs,
Sor qəlbində Allaha olan eşqini bir kəz.
Atəşdə kül olmuş, bunu heç bir zaman etməz.
***
Eşq ilə yaratməş səni, ey insan olan kəs,
Sor qəlbində Allaha olan eşqini bir kəz.
Elmli, savadlı, məlumatlı, ağıllı adamlar bilirlər ki, Allahın iradəsindən kənarda heç nə yoxdur. Həyatda heç nə ilə əvəz olunmayan gözəl hissləri, duyğuları, şəhvəti, ağlı insanlara məhz cənab Allah bəxş etmişdir. Təkrarçılıq da olsa deyəcəyəm ki, Allah təala yaratdığı bioloji məxluqlar içəridində yalnız insanlardan üç şeyi əsirgəməmişdir : ağıl, sevgi və şəhvət. Mələklərə gözəllik və ağıl, heyvanlara isə yalnız şəhvət vermişdir. Odur ki, şair “ Eşqində üsyan etmə qəmə” deyərkən ona işarə edir ki, sevgini bizə verən Allahdır, Allahın verdiyi sevgiyə , o sevginin yaratdığı qəmə, qüssəyə, kədərə qarşı çıxmaq, ona üsyan etmək Allaha asi düşmək deməkdir. Öz eşqi, sevgisi, məhəbbəti yolunda yanıb külə dönənlər, bu eşqin atəşində, əzab və iztirablarlnda yanıb qovrulanlar heç vaxt belə etməzlər. Çünki onlar irfanlı, iffətli, fəzilətli insanlardır Ona görə də şair deyir ki, ey insan olan kəslər, bir özündən soruş ki, səni eşq ilə yaradana qarşı qəlbində bir sevgi varmı?
Şair yazır:
Şair yazır:
Sevən aşiqlərə xasdır qəmi- hicranə düşə,
Dönə pərvanəyə, eşqin odu ol canə düşə
***
Nə qədər vaxtı var, aşiq diləməz şad yaşaya,
Elə istər ki, çiynində qəmi- eşqin daşıya.
Dönə pərvanəyə, eşqin odu ol canə düşə
***
Nə qədər vaxtı var, aşiq diləməz şad yaşaya,
Elə istər ki, çiynində qəmi- eşqin daşıya.
Şair burda çox incə bir məsələyə toxunur ki, bəlkə də bu bəzi oxuculrımız üçün qaranlıq qalar. Düşünər ki, necə yəni aşiq diləməz şad yaşaya, çiynində eşqin qəmin daşıya ? Niyə ? Hər kəsin xöşbəxt olmaq haqqı var və hamı istəyər ki, sevgilisinə qovuşub xöşbaxt yaşasın. Təbii ki, bu cür düşüncəli insanların fikirləri başa düşülən və anlaşılandır. Buna onların haqqı var. Amma söhbət burda yalnız bioloji ömür sürməkdən, evlənib nəsil artırmaqdan, yeyib- içməkdən, gəzməkdən, əylənməkdən getmir. Həm də insan həyatını mənalandıran elə məhəbbətdən gedir ki, orda cənab Allahın heyvanlardan fərqli olaraq lütfkarlıq etdiyi gözəlliyin, ağlın və sevginin üstünə işıq salmış olsun. Adi insanların görə bilmədiyi, duymadığı, hiss etmədiyi, başa düşmədiyi məsələlərə aydınlıq gətirsin. Məsələn, əxlaq deyəndə onu yalnız hamının başa düşdüyü davranış kimi başa düşməsin. Hansı ki, əxlaqın 4 əsasları var : hikmət, şücaət, iffət və ədalət. Yaqin ki, bunun mahiyyətini, fəlsəfəsini hər adam bilmir . Xalidə Hicran öz məsnəvilərində məhz bu cür məsələlərə toxunur, bir qədər obrazlı desək, şam kimi əriyib işıq saçır. Xalidə xanım yazır :
Sən ruha qida, canımasa can idin, ey yar,
Can yoxsa, arar cismində ruhum səni aşikar.
***
Yoxdur elə söz eyləyə eşqin gücün izhar,
Eşq sirri, de, izah eyləyən kimsə məgər var?
Can yoxsa, arar cismində ruhum səni aşikar.
***
Yoxdur elə söz eyləyə eşqin gücün izhar,
Eşq sirri, de, izah eyləyən kimsə məgər var?
Eşq elə bir cazibə qüvvəsinə və təsir gücünə malikdir ki, onun vasitəsilə sözün həqiqi mənasında çox böyük işlər görmək olar. Adi bir baxışla insan özünü itirir, həyəcanlanır, qəlbi şiddətlə döyünür, haldan – hala düşür. Bir müddət onun təsirindən qurtara bilmir. Bunun səbəbi nədir? Bu nədən qaynaqlanır? Hətta, bəzən elə suallar meydana çixir ki, bəlkə də bir çox insanlar ömrü boyu bu barədə düşünmürlər. Bu metafizik,- həyatın dərki, yaradılışın ilahi qayəsi, səbəblərin ruhani qavranması, əşyaların zahiri və dxili anlayışı və.s. Cənab Allah insanlara ağlı məhz ona görə vermişdir ki, bu və bu kimi məsələlər haqqında düşünsün, maraq göstərsin, nəyisə öyrənməyə çalışsın. Xalidə Hicran belə və digər həyatı məsələlərə sevginin gözü ilə baxmağı , onun gücü ilə yanaşmğı daha faydalı və daha münasib hesab edir. Ona görə də məsnəvilərində həqiqi məhəbbəti böyük ustalıqla tərənnüm edir və onu ilahi eşq səviyyəsinə qaldırır. Xalidə xanim bununla sevimli oxucularına çatdirmaq istəyir ki, həyatda bütün istək və arzulara , qarşıya qoyulan hədəfə yalnız sevginin gücü ilə çatmaq olar. Çünki sevginin açmadığı qapı yoxdur. Yalnız o şəxslər həqiqi xöşbaxtlik və səadətə nail ola bilərlər ki, həyatda düzgün seçimə və hədəfə malik olsunlar. Səhv və azğın yollardan çəkinsinlər, yaxşı və gözəl əxlaqa, insani keyfiyyətlərə yiyələnsinlər. Şair sevgi aşiqlərinin dili ilə anladır ki, imanlı olmadan, Allaha tapınmadan və ürəkdən sevmədən gerçək, həqiqi səadətə qovuşmaq mümkün deyil. Xalidə Hicranın fikrincə, iman insanın ən güclü, möhkəm və etibarlı sığınacağıdır. Şair bütün yaradıcılığı boyu bu iki amili ön plana çəkir və onları heç vaxt bir-birindən ayırmır. Bunlar sevgi və imandır. Xalidə xanım bunları elə gözəl, elə böyük sənətkarlıqla tərənnüm edib səciyyələndirir ki, insan oxuduqca nəinki ruhu dincəlir, eyni zamanda böyük daxili rahatlıq və məmnunluq duyur.
Eşqdir dərdin dərmanı, eşq məhvər olmuş cahana,
Eşq dolu gözlərə bax, eşqsiz qəlb yükdür cana.
***
Sənsən eşqlər sultanı, şahlar şahı, hökmdarı,
Sənsiz açılmaz bir çiçək, sənsiz yetişməz bir darı.
***
Qəlbim o eşq ilə vurur, dünyada atəş saç ki, sən,
İmtina etmə bu eşqdən, bir ovuc torpaq ikən.
***
Eşq özü bir sirdi, varkən gəzmə özgə bir eşq,
Açmaz eşq dərgahını, olmzsa səndə zövqü-eşq.
***
Gər yaxınlaşsan kiçik quşciğaza eşq ilə sən,
Heç uçub getməz uzaq, məmnun olar o sevgidən.
***
Eşq dolu bir baxışı, bənzətdim altun qəsrə mən.
Eşqsizdirsə saray, sandım ki, bir viranədəyəm.

Xalidə Hicranın poeziyasına xas olan və məsnəvi yradıcılığında özünü daha qabarıq şəkildə göstərən fəlsəfi fikirlər oxuculara təsir etmək və həyat həqiqətlərini yada salacaq gücünə malik məsələləri aydınlaşdırır və gözəl poetik dildə vəsf olunmuş məqamların üstünə işıq salır. Oxucu asanlıqla başa düşür ki, dünyanın məhvəri və qəlbin dərmanı olan ən böyük eşq ilahi sevgidir, Allaha olan məhəbbətdir. Necə ki, şair özü sidq ürəkdən deyir ki, sənsən eşqlər sultanı, şahlar şahı, hökmdarı, sensiz nə bir çiçək bitər, nə də bir darı.
Göründüyü kimi bu məsnəvidə sevgi və iman bir vəhdət təşkil edir. Bu ilahi sevgi, bu birlik və vəhdət insanlara xeyirxah, mərhəmətli, nəcib və gözəl hisslər aşılayır, onları pis əməllərdən, yabançi, haram şeylərdən qoruyur. “ Eşq özü br sirdir” deyən şair yazır ki, əgər sən eşq ilə balaca bir quşcığaza yanaşsan, o uzağa uçub getməz. Bu eşqin, bu mərhəmət və nəvazişin təsirindən məmnun olar. Sonra təmiz eşqin, təmiz sevginin elə bir zirvəsinə ucalır ki, eşq dolu təmiz dərin mənalı bir baxışı altun dolu bir qəsrə dəyişməyərək eşqsiz bir sarayı xarabalığa, viranəyə bənzədir.