Kosmosun sinir sistemi: Kainatın düşünən modeli varmı?

İnsan beyninin quruluşu və funksiyaları elm üçün hələ də tam açılmamış bir sirdir. Maraqlıdır ki, son illərdə aparılan bəzi araşdırmalar beynin neyron strukturları ilə kainatın maddə paylanması və böyük miqyaslı quruluşları arasında qəribə oxşarlıqlar olduğunu ortaya çıxarıb.

"DogruXeber.tv" yazır ki, bu bənzərliklər ilk baxışda təsadüfi görünə bilər, lakin struktur səviyyəsində aparılan müqayisələr bu mövzunun daha ciddi araşdırılmasına səbəb olub.

İnsan beynində təxminən 86 milyard neyron mövcuddur. Bu neyronlar arasında sinaps adlanan bağlantılar sayəsində kompleks informasiyalar ötürülür və emal edilir. Maraqlıdır ki, kosmoloji miqyasda qalaktikalar da bir-birinə cazibə qüvvəsi və qaranlıq materiya vasitəsilə bağlıdır. İtaliyalı və Hindistanlı elm adamlarının apardığı birgə araşdırmada beyindəki neyron şəbəkələrinin və kainatdakı qalaktika şəbəkələrinin statistik paylanma modeli, bir-birinə çox yaxın nəticələr göstərib. "DogruXeber.tv" bildirir ki, bu struktur oxşarlığı neytral boşluq – yəni məlumat və enerji daşımayan sahələrin faizi – baxımından da demək olar eynidir: beyində və kainatda bu rəqəm təxminən 75–80 faizdir.

Bu paralellər bəzi alimləri daha dərin suallar verməyə sövq edib: əgər beyində məlumat ötürülməsi və yaradıcı düşüncə bu cür şəbəkə əsasında baş verirsə, bəlkə də kainat da informasiya daşıyan, “düşünən” bir sistem kimi təsəvvür edilə bilər. Bu yanaşma elmi baxımdan hələki nəzəri səviyyədə olsa da, fəlsəfi və kvant fizikasına yaxınlaşan təhlillərdə ciddi müzakirə olunur. Kainatın bir növ “öz-özünü dərk edən sistem” ola biləcəyi ideyası, insan beyninin kainatın içində yaranan bir “güzgü” olması ehtimalını gündəmə gətirir.

Bəzi kvant fizika nəzəriyyələrinə görə, informasiya kainatın fundamental elementlərindən biridir. Klassik maddə və enerji ilə yanaşı, informasiya da dəyişə və ötürülə bilən bir mənbədir. Beyin isə bu informasiyanı toplayan, şərh edən və yenidən istehsal edən mürəkkəb bir orqandır. Bu nöqteyi-nəzərdən baxıldıqda, beyin və kainat arasında yalnız quruluş baxımından deyil, həm də funksional baxımdan paralellər ortaya çıxır.

Əlbəttə, bu oxşarlıqlar insan beyninin kosmosla birbaşa əlaqədə olması demək deyil. Amma bu fakt, kainatın içindəki ən mürəkkəb orqan olan beyinlə, kainatın özü arasındakı potensial əlaqənin mümkünlüyünü düşündürür. Bu yanaşma həm elm, həm də fəlsəfə üçün yeni qapılar açır: bəlkə də kainat yalnız maddi sistem deyil, həm də özünü anlamaya çalışan böyük bir “şüur matrisi”dir.

Oxunub: 156

Son xəbərlər

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Bütün xəbərlər