Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır

Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır.

"DogruXeber.tv" xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının vəsaiti daxil olan üzvlük haqqından, order markasına görə ödənişdən, bu Qanunun 16-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşacaq.

16-cı maddəsinin 2-ci hissəsində bildirilib ki, vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir.

Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti mülki qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir.
Mövcud qanunvericiliyə görə isə, Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Vəkillik fəaliyyətinin bu Qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunudşa qəbul edilib.

Son xəbərlər

"Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

I sinif üzrə boş qalan yerlərə qəbul başlayır

Rusiya XİN: ABŞ İrəvanla saziş imzalayarkən Ermənistanın maraqlarını düşünmür

Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?

Moldova Rusiya ilə vizasız rejimi ləğv edir?

Paşinyan: Rusiya ilə mübahisə etməyəcəyik

Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?

Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

ABŞ-da yanacağın qiymətləri 42,2% artıb

"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA

“Onlar uğursuz dövlətdir”

SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

Maştağada yanğın olub

Məhərrəmlik ayı bu tarixdə başlayır

Mütəxəssislərdən qidalanma ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər

Konqoda Eboladan ölənlərin sayı 60 nəfərə çatıb

Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Bütün xəbərlər