Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...

DogruXeber.tv: - Sosial şəbəkələrdə mini gizli kameraların satışı ilə bağlı paylaşılan elan müzakirələrə səbəb olub.

Əsasən “TikTok” platformasında elektron ticarət məqsədilə yaradılmış səhifədə düymə ölçülü kameralar gündəlik əşyalar kimi açıq şəkildə satışa çıxarılıb.

Görüntülərdən də aydın olur ki, çox kiçik ölçüdə olan kameraları müxtəlif əşyaların üzərinə yapışdırmaq mümkündür. Paylaşıma rəy yazan izləyicilər də bu tipli reklamların yolverilməz olduğunu, belə ticarət üsullarının şəxsi həyata qanunsuz müdaxilələrə yol aça biləcəyini qeyd ediblər.

Diqqət çəkən vacib məqamlardan biri də minimal ölçülü kameraların təhlükəsizlik məqsədilə deyil, məhz gizli yerlərə - hamam, qapı cəftəsi, oyuncaqlar, kompüterlərin üstünə yapışdırılmasıdır. Bu reklamlar sanki həmin izləmə kameralarının asanlıqla əldə olunması və qeyri-qanuni istifadəsi üçün ideya verir. Həm də cəmi 21 manata təklif edilir.

Məlumat üçün bildirək ki, gizli kameraların qanunsuz satışı və istifadəsi hüquqi məsuliyyət yaradır. Bu əşyalar ölkədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir.

İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200–400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.//xalqxeber.az

Oxunub: 153

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər