Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən klinikalardan birində qadına qeyri-tibbi şəraitdə liposaksiya (piysorma) edildiyini əks etdirən görüntülər yayılıb.
DogruXeber.tv xəbər verir ki, axşam.az-a açıqlama verən pasiyent əməliyyatla bağlı yaşadıqlarından danışıb. O bildirib ki, əməliyyat hazırda fəaliyyəti dayandırılan “Uğur 777” adlı kosmetoloji mərkəzdə həyata keçirilib. Onun sözlərinə görə, proseduru bir müddət əvvəl mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva icra edib:
“Əməliyyat ötən ilin fevralında olub. Bura kosmetoloji mərkəz idi. Mənə əməliyyat təklif etdilər, razılaşdım. Dedilər ki, axşam gəlib əməliyyata girim. Heç bir müayinə aparılmadan məni əməliyyata saldılar. Prosesin ortasında ayıldım, amma mənə yenidən anesteziya verilmədi. Əməliyyat bitəndən sonra da məni güclü ağrılar içində evə göndərdilər. Sonradan heç bir müayinə olunmadım, vəziyyətimlə maraqlanan olmadı. Evdə yalnız ağrıkəsicilər qəbul edərək qaldım. Həkimlə də əlaqə saxlaya bilmədim ki, vəziyyətimlə bağlı nəsə soruşum. İndi də həmin həkimin əlaqə nömrəsini tapa bilmirəm”.
Qeyd edək ki, diplomu və lisenziyası olmayan “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva xəstələrə qarşı qeyri-etik davranışları ilə də gündəmə gəlib. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, indiyədək bununla bağlı hər hansı hüquqi addım atılmayıb.
Onun əməliyyat zamanı rəqs edərkən görüntüsü yayılmışdı. Daha sonra digər pasiyent Babayeva İnci Həsən qızı bildirib ki, “Büllur” klinikasında Gülbadə Abdullayevanın həyata keçirdiyi üzgərmə əməliyyatından sonra ciddi problemlərlə üzləşib. Onun sözlərinə görə, əməliyyatdan sonra üz sinirləri zədələnib və güclü ağrılar yaranıb.
O, “estetik cərrah” kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi daha əvvəl bildirmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və onun tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər