Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXXV hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “HİKMƏT XƏZİNƏSİ” və “HİCRANNAMƏ“ əsərləri haqqında düşüncələrim.)

OTUZ BEŞİNCİ HİSSƏ


Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 >31 > 32 > 33 > 34

Xalidə Hicranın məsnəviləri də məhz oxucularını bu günkü həyatımızın eybəcərliklərindən, dərin mənəvi - psixoloji durumundan , ürəkbulandıran riyakar sifətlərdən , ağır iqtisadi sıxıntılardan ayırıb saf, təmiz bir aləmə, sevgi dolu, hikmət dolu bir ecazkar dünyaya aparır. Burda mənim ən çox xoşuma gələn tərəf , əlbəttə, yalnız onun zahiri quruluşu , qafiyəsi deyil, bəlkə də bu başqalarında əks fikir yaradır, əsas onun alt qatlarındaki dərin məna və mahiyyətdir. Yəni .şairin oxucularına bu və ya digər formada demək istədiyi fikirlərdir. O fikirlər ki, bəzi oxucular yalnız qafiyənin ahənginə, oxşarliğına diqqət yetirərək sətr altı deyimlərin fərqində olmurlar. Bu isə onları şeirin bədii – fəlsəfi dəyərini dərk etməkdən yayındırır..

Aşağıdakı beytə diqqət yetirəK:

Məni məndən edən Hicran, varmıdır qəlbdə hicran,
Biri tərk eylədi məni, o biridir yaşadan.

İlk oxunuşda bəlkə də diqqəti o qədər də çəkməyən , çox adi görünən bu beytin alt qatında çox böyük və dərin bir sevgi təsvir olunmuşdur. Bəs, bu sevgi özünü nədə göstərir ? Diqqətlə fikir versək görərik ki, “ məni məndən edən” deməklə eşq aşiqi əslində sevgisinin dərəcəsini, dəyərini, həddini, hüdudunu, ölçüsünü göstərir. Onun qəlbində iki hicran ağrısı, iki hicran dərdi var. Birincisi onun əbədiyyata qovuşmuş sevgilisi Hicran, ikincisi isə bu yoxluğun əzab - əziyyətə, iztirablara çevrildiyi hicran. Odur ki, şair “ Biri tərk eylədi məni, o biridir yaşadan “ deməklə eşq aşiqinin sevgilisindən ayrılığını, hicranını nəzərdə tutduğuna işarə vurur. Bax, əsas məsələ budur. Burda Xlidə Hicran həqiqi sevgini, məhəbbəti elə yüksək bir səviyyəyə, elə uca bir zirvəyə qaldırır ki, nəinki eşq aşiqinin sevgisinin dərəcəsi aydınlaşır, eyni zamanda onun simsında xalqının yüksək milli – mənəvi və əxlaqi dəyərlərə malik olduğu aydın çəkildə açılıb göstərilir. Bu eşq aşiqi olduqca sədaqətli, vəfalı, etibarlı, irfanlı, təqvalı və mütəsəvvüf bir insandır ki, oz sevgisini ilahi bir səviyyəyə qaldırır, böyük Yaradanın insanlara bəxş etdiyi dəyərərin fövqündə dayanır.

Məlumdur ki, ayrılıq insana əzab və iztirab gətirir, tənhalığın dəhşətli acısını dadızdırır, yuxusuz , göynərtili soyuq gecələr keçirdir, narahat, ağrılı günlər yaşadır və təbii ki, heç kəs bu ayrılığı bu hicranı sevmir. Müəyyən vaxt keçdikdən sonra hər şeyin dərmanı olan zaman öz təsirini göstərir, yavaş- yavaş ağrı- acıları, olub keçənləri unutdurur, insanın qəlbinin ən dərin guşələrində şirin və əbədi həzin bir xatirəyə çevrilir. Lakin Xalidə Hicranın eşq aşiqləri belə insanlara bənzəmir. O, öz sevgisində daha dözümlü, daha inadkar və daha fədakardir. O, bu fədakarlğı və ilahi sevgisi ilə insanı dəhşətə gətirir. İnsan iradəsinin, insan sevgisinin simvoluna çevrilən bu eşq aşiqləri öz etibarı, sədaqəti, vəfası və əzmi ilə göyün ən uca qatlarına yüksəlir. Və bu hicranı, bu hicranın doğurduğu əzab və iztirabları nəinki qəbul edir, hətta bu ağrı- acıları özünün həyat tərzinə çevirərək onula yaşayır. Sevgilisinin yolunda qəm-qüssə, əzab-əziyyət, dərd-kədər çəkməyi həyatın bütün nemətlərindən üstün tutur, bundan daxili, mənəvi bir rahatlıq tapır. Müəllifin özünün etiraf etdiyi kimi “ biri tərk etdi məni, o biridir yaşadan “ deyir. Və heç vaxt şikayət , giley-güzar etmir, bəxtini, zəmanəni qarğımır. Bax, budur Xalidə Hicran yaradıcılığının dəyəri, onun sevgi aşiqlərinin əxlaqı, mənəvi dünyası…
Şair sonra davam edərək yazır:

Solan yarpaq xəzan olar, solan insansa torpaq,
Gəl, həsrətin acısı ilə ömrümüzdə bir iz qayaq.
***
Qırın qəlbimi, ey qəmlər, qırın hər bir tərəfdən,
Bax, onda mən də əl çəkmərəm qələmdən.

Şeiri diqqətlə oxuduqca aydın olur ki, bu ilahi sevgi hər iki dünyanı qəlbində, ruhunda, içində yaşadan şairin öz sevgisi, öz əzab və iztirabları, hiss və həyəcanlarıdır. Öz dərdini , öz harayını, öz ağrı və acılarını, qəmini və kədərini içində boğan, yanan, qıvrılan , başından tüstüsü çıxan , amma kimsəyə, hətta öz yaxın adamına belə bir kəlmə söz deməyi sevməyən Xalidə Hicranın öz sevgi etirafı, ağrı - acılı yaşantılarıdır. Şair öz fikirlərini poetik dildə çox gözəl izhar edir:

Budaqlı qoca ağacam, kötük yoğun, cil dərin,
Oxucu öyrənər burdan Xalidə Hicran dərdin.

***
Bir eşq dastanı yazdım qəlb hicranından,
Qəlbim yaralar aldı bu fani dünyadan
.

Yuxarıda qeyd etdiyimiz kimi “Hicrannamə” də 120- yə qədər məsnəvi verilmişdir. Bunun əksəriyyəti məhəbbət mövzusuna həsr edilsə də digər sahələrə də yer ayrılmışdır. Mövzusundan asılı olmayraq Xalidə Hicranın qələmə aldığı hər bir şeiri böyük məhəbbət və istəklə, ruhla, qəlbinin səsi ilə yazır. Öz sevgisini onlardan əsirgəmir. Bu sevgi misra-misra , söz-söz oxucuların qəlbinə , ruhuna süzülür, ən çətin və dar məqamlarda onların dostuna çevrilib mayak kimi yol göstərir. Xalidə Hicran həmişə, hər zaman oxuculrının yanınddır. Bu istər şeirləri, hikmətli beytləri, qəzəlləri və istərsə də məsnəviləri, bayatıları və sərbəst beytləri ilə olsun, fərqi yoxdur, onu düşündürən yalnız və yalnız insan və insan taleyidir. Xalidə xanım öz ağlı, fikri, düşüncəsi , nəslhət və məsləhətləri ilə insanların qulluğunda, xidmətindədir…

Şair yazır:

Abırlı kəs olan qonşu həyadan kəm olan kəslə,
Satar bir gün evin, mülkün, kəsər əhdin o nakəslə.

***
Bir ovuc buğdanı qatma nəbadə bir haram ilə,
Haramı qurd- quş eylər tar, halal artar gələn ilə.

***
Eyib var ki, ölümdən pis, öz eybin bilməz ol nadan,
Eyib var ki, eyibsizi öz eybilə edər pünhan.

***
Tamahkar, nəfsiac olsa əgər dostun olan bir kəs,
Xəyanət eyləyər hər dəm, çörək – duz qədrini bilməz,

***
Qocalmışdır öküz sanma, demə birdən yeyər artıq,
Əgər qulluq görər bizdən, yerin bağrın sökər artıq.

***
Gecə- gündüz çalışsan ki, salasan nankoru razı,
Olar zay zəhmətin, daim danar haqqın o narazı.

***
Vəfa əhli sükunətdə, vafasızlar şikayətdə,
Əzəldən aşiqi – sadiq olubdur qəmi- möhnətdə.


Göründüyü kimi Xalidə Hicran burda yalnız bir şair kimi deyil, bir dost, yoldaş, bir sirdaş kimi oxucularının görüşünə gəlib. Zəngin həyat təcrübəsinə və biliyinə əsaslanan fikirlərini, düşünclərini, görüb- götürdüklərini çox səmimi bir çəkildə onlarla böiüşür. Bəzən isə əziz oxucularının etibarlı məsləhətçisinə çevrilir. Onları hansısa şər qüvvələrdən, pisliklərdən, həyatın sərt amansız üzündən, insanların hiyləsindən, məkrindən qurtarmqğa çalışır. Deyir ki, halalı harama qatma, tamahkar, nəfsiac insanlardan uzaq ol. Nankor adamlarla dostluq etmə., əməyin zay olar.
Xalidə Hicran oxucularına düzgün yol göstərən, onlarda nikbinlik , güvənlik, daxili rahatlıq yaradan belə məsnəviləri həm də insanlarımızda klassik irsimizə böyük hörmət və məhəbbət aşılayır. Xalidə Hicran mütəfəkkir bir şair olarq çox gözəl bilir ki, indi çərxi – fələyin dövranı o qədər geniş və gurdur ki, oxuculara – insanlara mənəvi dəstək olmq, doğru, düzgün yol göstərmək hər bir şairin , hər bir dərin söz adamının vətəndaşlıq və insanlıq borcudur. Xalidə xanim xalqını, vətənini sevən bir şair kimi həmişə bu borcu , bu məsuliyyəti öz üzərində hiss edir. Ulu Tanrının ona verdiyi missiyanı şərəflə, ləyaqətlə yerinə yetirir. Sanki o, bəzən özünü, içini, dunyasını sözə çevirib öz düşüncələrini, hiss və duyğularını , arzu və istəklərini sözün ecazkar qüvvəsi ilə oxucularına çatdırır, onlarla üz-üzə dayanır, şirin, səmimi söhbət edir, qədim və zəngin tarixə malik doğma Azərbaycan dilini bütün incəlikləri ilə ən yuksək səviyyəyə qaldırır. Dil sanki ürək kimi döyünür çırpınır, ağriyir, dərd çəkir. Bu dil şirindir, ürəyəyatandır. Bu dil ulu babalarımızın, nənələrimizin dilidir. Bu dildə insan özünü şəxsiyyət kimi hesab edir. Öz doğma elində, obasında, yurdunda – yuvsında, isti ocağında hiss edir. Xalidə Hicran sözlərlə yaratdığı möcüzələri şirin, dədə- baba dili ilə oxucularına çatdırır, bu dili, bu şirinliyi sevənlərin əzizinə, istəklisinə çevrilir. İstər öz poetik ifadələri ilə insanları heyrətə gətirən məhəbbət mövzuları olsun, istərsə də bu insanların həyat şəraitini, dərd- sərini əks etdirən digər mövzular, fərqi yoxdur, şair eyni dərəcədə sevgi ilə qələmə alır, öz məhəbbətini, ruhunu misralara hopdurur. Məhz buna gərə böyük ustalıqla yazdığı məsnəvilərin əksəriyyəti əsil sənət nümunələri və söz inciləridir.

Damlar baca, qəlb nurla işıqlandı, bilirsən,
Daxildən səs yoxsa xəbər, çöldən ha bax sən.

***
Batinin hər insanın o gözlər bəyan eylər.
Zahir səni aldadar, onlarsa əyan edər.

***
Etmişsə əgər batini insanı gözəl, tək,
Zahirdə zühur eyləyəcək elə göyçək.

***
Eşq ilə sevgi üzərində dayanmış dünya,
Azalsa bu sevgi varlığına yox daha məna.

***
Bu torpağın sonu torpaq, nədən bəs,
Bu torpaqda çiçək eşqsiz göyərməz?

***
Vardırmı lüzum bir şeyə eşq olsa o yerdə?
Dünya malı üçün əli açmam göyə bir də.

***
Olmasa vəfası, yenə saymam bunu nöqsan,
Güntək batarmı zülmətə, yar Ay kimi doğsan ?

Və yaxud:


Eşq aləmini gör necə cövlan edirəm mən,
Xar etdi məni, kim dedi sadiqi- aşiq deyiləm,?

***
Dövran sınağa çəkdi, sanıb sərsəriyəm mən,
Ta bilmədi ki, eşq aləminin xalisi - cövhəriyəm.

***
Axtarar gözlər səni, görməz, olar qəm xəstəsi,
Lal axar göz yaşlarım, fəryad edər, çıxmaz səsi.

***
Əgər olmazdısa hər dərdi- qəmi dünyamızın,
Onda dad- ləzzəti olmazdı keçən anımızın.

Xalidə Hicran məsnəvi bölümünün əvvəlində yazır:


Hər əsrin bir dühası var, adın tarix tutar yadda,
Hər kəlmənin öz sahibi, o kəlməylə qalar yadda.

***
Düzülmüş inciləri, çox gözəldir, hər biçimləri,
Hərəsi bir dad verər Xalidə Hİcran seçimləri.

Misralardan göründüyü və özünün də etiraf etdiyi kimi Xalidə Hicran sözün həqiqi mənasında yaddaşlara həkk olunan, sanki canlı insanlara çevrilib oxucuları ilə üz- üzə dayanan və onların dayağına çevrlən əsil poetik sənət nümunələrinin müəllifi kimi ədəbyyat tarixində özünə layiq yer alacaqdır. Bu fikirlərimizin dayağı olaraq böyük məmnunluqla əlavə etmək istərdim ki, müasir həyatlmızda, çağdaş dünyamızda klassik ədəbi irsimizi yaşatmaq baxımından Xalidə Hicranın xidmətləri son dərəcədə böyükdür. Xalidə Hicran məhz öz gözəl məsnəviləri ilə təsəvvüf və irfan elminin ən yüksək zirvəsinə ucalmış və əyani şəkildə sübut etmişdir ki, klassik irsimizi yaşatmaq və o ənənələri davam etdirmək şairlərimizin, söz və sənət adamlarımızın nəinki borcudur, həm də ən şərəfli işidir. Yalnız bu xidmətlərinə görə Xalidə Hicrnın adı ədəbiyyat tariximizə qızıl hərflərlə yazılmalıdlr.

***

“Hicrannamə” kitabının sonunda 300 - dən çox “Sərbəst beytlər” verilmişdir. Bu başlıq altında verilmiş ədəbi nümunələrin əksəriyyəti məhz sevgiyə həsr olunmuş və bu ilahi qüvvənin möcüzəli təsiri - cazibə qüvvəsi ustalıqla təsvir edilmişdir. Az sözlə dərin fikirlər və çox mənalar ifadə etmək hər şairə, hər söz adamına nəsib olmur, amma biz Xalidə Hicranın yaradıcılığında bunun canlı şahidi olmuş və mən nəticədə, o qənaətə gəlmişdim ki, Xalidə Hİcran özünün düşüncə sistemini yaratmışdır. Şair burda da öz yaradıcılıq ənənələrinə sadiq qalmış və məhəbbət mövzusunu ön plana çəkərək onu həyatımızın, ömrümüzün , dünyamızın təkanverici qüvvəsi, mayası və cövhəri hesab edərək ən yüksək səviyyəyə qaldırmışdır. O. təkrarçılıqdan çox-çox uzaqdır, hər dəfə yeni söz, yeni fikir deməyə çalışır.. Və deyim ki, öz istəyinə asanlıqla nail olur. Bunun üçün, necə deyərlər, dağa- daşa düşmür, uzaq yol getmir.

Çəkdiyim hər ahdan bitsə əgər gül bir gün,
Küllü – aləm, ərşü – fərş, güllük olardı büsbütün.

Oxunub: 789

Son xəbərlər

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Bütün xəbərlər