“AzerGold” QSC Daşkəsəndə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

"DogruXeber.tv" bildirir ki, “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi, eləcə də bu sahədə risklərin azaldılması məqsədilə təşkil edilən tədbir interaktiv formatda, nəzəri və praktiki hissələrdən ibarət olub.

Tədbir ilk hissəsində əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsinin nümayəndələri, eləcə də Daşkəsən rayon kənd nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini, İlqar Cəlilov mülki müdafiə sahəsində əməkdaşların məlumatlılığının artırılması, fövqəladə vəziyyətlərə hazırlığının davamlı olaraq yoxlanılması və daha da yaxşılaşdırılması məqsədilə sistemli şəkildə icra edilən tədbirlər barədə ətraflı məlumat verib.

Sədr müavini qeyd edib ki, Səhmdar Cəmiyyət istehsalat prosesi zamanı əməyin təhlükəsizliyinin təmin edilməsi və insan amilinin daima ön planda tutulmasını fəaliyyətinin başlıca prinsipi kimi müəyyən edib. Yanğın, sürüşmə, sel və digər fövqəladə hallara qarşı preventiv tədbirlər çərçivəsində mütəmadi təlim-məşqlər keçirilir, əməkdaşların davamlı maarifləndirilməsi təmin olunur.

Müzakirə formatında davam edən görüşdən sonra işçi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan mülki müdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlik vasitələri nümayiş etdirilib. Həyəcan siqnalından sonra simulyasiya formasında buruqqazma və partlayış işləri nəticəsində yaranan zəhərli qazlardan “zəhərlənmə”, eləcə də “uçqun və sürüşmə halları” zamanı ilkin tibbi yardım göstərilməsi praktiki məşqləri keçirilib.

Tədbirdə iştirak edən müvafiq qurum və təşkilatların nümayəndələri “AzerGold” QSC tərəfindən mülki müdafiə sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

“AzerGold” QSC Daşkəsəndə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

“AzerGold” QSC Daşkəsəndə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

“AzerGold” QSC Daşkəsəndə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

Son xəbərlər

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Bütün xəbərlər