Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXXVII hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “HİKMƏT XƏZİNƏSİ” və “HİCRANNAMƏ“ əsərləri haqqında düşüncələrim.)

OTUZ YEDDİNCİ HİSSƏ


Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 >31 > 32 > 33 > 34 > 35 > 36

Xalidə Hicran poeziyasının, o cümlədən bayatı janrında yazdığı nümunələrin də mahiyyəti, fəlsəfəsi məhz bundadır. O, sözü sadəcə demir, yazmır, insanların düşünməsi, onların dərk etməsi üçün geniş üfüqlər yaradır, meydan açır. Deyərdim ki, insan həyatının canlı poetik səlnaməsini əks etdirir, səciyyələndirir. Bu zaman özünün bütün gücündən, daxili imkanlarından, zəngin mənəvi dünyasından bacarıqla istifadı edir. Ürəyinin odunu, alovunu qoyur. Dahi Nizami Gəncəvi vaxtilə demişdir: “ Ürəkdən gələn söz ürəyə yol tapar”. Bu fikir Xalidə Hicran yaradıcılığının bütün mahiyyətini özündə əks etdirir. Çünki Xalidə xanım fikir, düşüncə sahibidir. O, ağlının süzgəcindən keçmiş fikir və düşüncələri qəlbinin hərarətilə isidib böyük sevgi ilə oxucularına çatdirir, onların görüşünə gəlir. Böyük sevgi ilə, böyük ürəklə yazılmış bu ədəbi nümunələr öz tutumuna, öz yükünə, dərin məna və mahiyyətinə görə oxucuların yaddaşında yer alır, onları düşündürür. Aşağıdakı bayatıya diqqət yetirək:

Eləmi qəmə doydum,
Çayniki dəmə qouydum,
Gözlədiyim gəlmədi,
Dərdimi dəmə qoydum.

İlk oxunuşda bəlkə də adi bir bayatı olduğu qənaətinə gəlinə bilər. Amma diqqətlə fikir verdikdə ordakı məna, ordakı fikir və düşüncə insanı heyrətə gətirir. Xalidə Hicranın digər lirik qəhrəmanları kimi burda da eşq aşiqi ağlamır, sıqqamır, şikayət etmir, öz sevgisi yolunda əzab çəkdiyini, dəli – divnə olduğunu, yanıb qovrulduğunu açıqlamır. Çünki o, böyük əxlaq sahibi, fəzilət sahibidir. Öz “dərdini dəmə qoymaq” ucalığına qədər yüksələn bir insandır. Yad fikirlər və düşüncələr ondan çox- çox uzaqdır. Yüksək mənəvi və əxlqi dəyərlərə malik olan bu eşq aşiqi olduqca sədaqətli, etibarlı və vəfalıdır. O, gözlədyinin gəlmədiyindən şikayətlənmir, onu ittiham etmir, əksinə, böyük dözüm, səbr və iradə nümayiş etdirir. Burada şair insanlara məxsus gözəl keyfiyyətləri, onların mənəvi qüdrətini, həyat eşqini, dərin ruhi əzablarını, qəmini, kədərini, humanizmini çox böyük ustalıqla açıb göstərmiş, az sözlə möhtəşəm və dolğun həyatı və fəlsəfi mənalar ifadə etmişdir. Xalidə Hicranın bayatılarının hər birində dərin fikir, bədii- estetik duyğu və fəlsəfi zənginlik var. Bu sadə və oynaq vəznli yığcam poetik forma nümunələrinin hər biri öz dəyərinə görə sanki bitkin bir əsərdir. Onu da deyim ki, bayatılarda şifahi yaradıcılığın heç bir janrında olmayan ən böyük özəlliyi burda ədəbi cərəyanların vəhdətidir. Xalidə Hicranın bayatılarinda da bu cəhət özünü çox aydın şəkildə göstərir və verilmiş nümunələrdə gah təsəvvüf, gah xalqın romantik arzuları, gah da reaL həyat təsvir olunur. Janrından asılı olmayaraq Xalidə Hicran poetik yaradıcılığının özəl xüsusiyyətlərindən biri və mən bunu hər dəfə deməkdən məmnunluq duyuram ki, ən əsası fərdi hisslər deyil, ictimai məna və mahiyyət kəsb etməsi, onun ön plana çəkilməsidir. Bu, onun göstəricisidir ki, Xalidə xanım səmimi olaraq ilk öncə məhz insanlar haqqında fikirləşir, onların sosial və ictimai həyatı, yaşayışı, mənəvi dünyası haqqında düşünür. Və bütün yaradıcılığı boyu öz ənənəsinə sadiq qalaraq onu yüksələn xətt üzrə daha da inkişaf etdirir. Biz şairin bayatı janrlnda qələmə aldığı bütün nümunələrdə bunu daha aydın görür və hiss edirik.

Bildiyimiz kimi bayatıların əsas mövzusu vətən həsrəti, vətən məhəbbəti, qürbət sıxıntısı, ayrılıq, tənhalıq, nakam məhəbbət, qəm- qüssə və kədərdir. Xalidə xanım bütün mövzularda yazsa da əsasən vətən məhəbbətinə, vətən həsrətinə üstünlük vermiş, bu sahədə yaddaqalan, insanlara təsir edən, onlarda vətənpərvərlik hissləri aşılayan dərin məzmunlu poetik nümunələr yaratmışdır.

Şair yazır:

Eləmi bağrım başı,
Qan ağlar bağrım başı,
Torpağı gavur alsa,
Qalmaz daş üstə daşı.

***
Eləmi vətən qala,
İgidlər tikə qala,
Yağı başı əzilə,
Vətən əbədi qala.

***
Başı qoyasan daşına,
Vətəni çınqıl daşına
Özgə yerdə tacın olsa,
O da dar gələr başına.

Bu bir həqiqətdir ki, zahiri sadəlik və yığcamlıq əslində bayatılardakı məna dərinliyini və bədii zənginliyi şərh etmək üçün çətinlik yaradır. Bu sadəlik və yığcamlıq oxucuda hər şeyi başa düşürmüş kimi əminlik yaratsa da, əslində alt qatlardakı dərinliyin və fəlsəfi anlamların şərhinə, izahına ehtiyac yaranır. Əgər diqqətlə fikir versək görərik ki, Xalidə Hicranın bu poetik nümunələrində güclü vətəndaş mövqeyi, sonsuz vətən, torpaq sevgisi, dərin narahatçılıq, mənalı fikir və düşüncə aydın hiss olunsa da, əslində müəllifin bir rəssam kimi təsvir etdiyi və yaratdığı geniş və acınacqlı mənzərə fikrin alt qatlarında qalaraq insanları daha dərindən düşünməyə sövq edir. Şairin “Torpağı gavur alarsa, qalmaz daş üstə daşı” fikri asanlıqla başa düşüləndir. Amma onun alt qatındakl dərin məna, yaratdığı psixoloji hal uçulub dğılmış, qarət edilmiş və xarabalığa dönmüş evlər, isti yuvasından, ev- eşiyindən qaşqın və didərgin düşmüş insanlarn acı naləsi dəhşətli mənzərələr yaradaraq diqqətli oxucuların gözləri önündə canlanır.

İkinci bayatıda isə müəllif mövqeyi ilə yanaşı öz döğma el- obasını sevən, vətəninə, torpağına bağlı olan lirik qəhrəmanların istək və arzuları, fikir və düşüncələri verilmişdir. O, başqaları kimi biganə deyil. İşğal olunmuş torpqların azad olunması haqqında düşünür, fikirləşir, dərin narahatlıq keçirir, özlüyündə çıxış yolları axtarır. Hesab edir ki, əgər igid oğullarımız möhtəşəm qala tiksələr , düşmənin başı əzilər, vətənimiz həmişəlik işğaldan azad olar. Əlbəttə, bunun çox böyük ictimai – siyasi kökləri var ki, bu da açıqlamaq uzun bir vaxt aparardı. Əsas odur ki, fikrin fəlsəfəsi məlumdur.

Üçüncü bayatıda isə vətən sevgisi tərənnüm olunmuişdur. Şair bədii təsir vasitələrindən böyük ustalıqla istifadə edərək vətən sevgisini ən yüksək pilləyə qaldırmış, onu bütün dəyərlərdən, dünyanın bütün mal – dövlətindən, naz – nemətlərindən üstün tutmuşdur. Ümimiyyətlə, vətən, torpq, millət sevgisi Xalidə Hicran üçün bütün dəyərlərin fövqündə dayanır. Biz bunu həm “Hikmət xəzinəsi”, həm də “Hicrannamə” əsərlərində dəfələrlə şahidi olmuşuq. Xalidə Hicranın bayatı yaradıcılığı ilə yaxından tanış olduqdan sonra o qənaətıə gəldim ki, vətən sevgisi onun yaradıcılığının atributu sayılan dəyərlərin sırasında dayanır. Və bəzi hallarda bu sevgi özünü dha qabarıq şəkildə büruzə verir. Diqqətli oxucular bu cür bayatıları oxuduqca nəinki ordakı dərin mənalı sözlərin və sonsuz vətən sevgisinin təsirindən duyğulanır, eyni zamanda onların gözləri qarşısında, Xalidə Hicran bir peşəkar rəssam kimi sözdən və söz rəngindən yaratdığı çox düşündürücü, insanı heyrətə gətirən geniş bir mənzərə canlanır. Və bu mənzərələr nəinki insanın qan yaddaşını oyadır, onları silkələyib tərpədir, yerindən oynadır, eyni zamanda bu insanların vətən, torpaq sevgisini alovlandırır, mübarizəyə sövq edir. Şair aşağıdakı beytində yazır:

Eləmi, yağı dağı,
Yamandı yağı dağı,
Şuşa əsir olandan,
Bülbül də deyir ağı.

Yağı klassik sözdür. Bizim bəzi dilçilərimiz onu arxaik söz kimi təqdim edirlər. Təəssüf ki, bu, “Məktəblinin izahlı lüğəti” kitabında da belə verilmişdir. Amma Xalidə Hicran bu sözdən çox bacarıqla və yerində istifadə etmişdir. Əgər onu “düşmən”, “işğalçı” və yaxud başqa bir sözlə ifadə etsək, həmin effekti, yəni o sözün yaratdığı ağrini, yanğını, o göynərtini verə bilməzdi. Bir sənətkar kimi, istedadlı bir şair kimi Xalidə Hicranın gücü məhz ondadır ki, yerində işlətmiş bir sözlə oxucuların ağlında, beynində, şüurunda əks- səda verib onları düşündürür. Bayatıda yerində işlənmış ikinci söz “əsir”dir. Şair işlətmir ki, “Şuşa işğal olandan”, əgər o bu sözdən istifadə etsəydi, “əsir” sözünün oxucuda yaratdığı təsir gücünü verə bilməzdi. Odur ki, “Şuşa əsir olandan, bülbül də ağı deyir” yazmaqla oxucuların düşüncəsində bir elegiya yaradır. Bir rəssam kimi o bu elegiyanın şəklini çəkir. Mənzərəsini yaradır. Bu elegiyada bülbül kimi əsir qalmış hər şey ağı deyir: soyumuş daşlar da, solmuş güllər – çiçəklər, qurumuş ağaclar, otlar da...Hər şey, hər şey... Ona görə də şair yana- yana deyir:

Eləmi, yağı dağı,
Yamandı yağı dağı.


Vətən, torpaq, el məhəbbəti şairin başqa bayatılarında da özünü göstərməkdədir. Deyərdim ki, bu, alovlu bir şairin millətinə, xalqına olan sonsuz məhəbbətinin və sevgisinin təzahürüdür ki, biz bu ədəbi nümunələri oxuduqca onun şahidinə çevrilirik. Sözün həqiqi mənasında qəlbi vətən eşqi, xalıq məhəbbətilə döyünən şairləri həmişə, hər zaman milli dil məsələsi düşündürmüş və onların əsas mövzularına çevrilmişdir. Xalidə Hicran da məhz belə düşüncəli, belə əqidəli şair olduğuinu janrından, formasından asılı olmayaraq bütün yaradıcılığı boyu özünü göstərmişdir.

Şair “Bayatı çələngi” bölməsində yazır:

Əzizim, dilim inci,
Söz inci, dilim inci,
Öyrənsən də yüz dili,
Öz dilindi birinci.

***
Eləmi, dilini bil,
Keçər əsr, neçə il,
Öz dilini unutsan,
Elin əldən gedər, bil.

***
Mən aşiqəm, elə el,
Əl ələ verə,elə el,
Özgə dilin bilsə də,
Öz dilin danışa el.

Vətənpərvərlik, xəlqilik Xalidə Hicran bayatı yaradıcılığının xarqakteristikası, deyərdim ki, bəlıkə də onun möhürüdür. Xalqın ürək sözləriin ifadəsi, ayrı- ayrı əsrlərdə tarixin yaddaşı kimi hadisələri bir növ özündə əks etdirən bayatılar həmişə canlı inkişaf yolu keçmiş zaman və məkan daxilində dəyişmiş, formalaşmış və bu gün də mən böyük ürəklə deyərdim ki, Xalidə Hicran kimi elinə, obasına, xalqına bağlı şairlərimiz tərəfindən daha da zənginləşməkdədir. Şair haqlı olaraq vurğulayır ki, insan bir neçə əcnəbi dil öyrənə bilər, amma ən əsası öz doğma ana dilidir. Şair narahatlıqla bildirir ki, öz dilinə xor baxan, onu unudan, başqa dillərdə danışmağı şərəf hesab edən bir isan və ya bir xalq həmişə əsarətdə olar, azadlığını itirər. Necə ki, biz müəyyən tarixi mərhələlərdə bunun bu və ya digər formada acılarını yaşamışıq. Biz həm də tarixin o səhifələriin şahidi olmuşuq ki, ziyalısı, yaradıcı aparıcı qüvvələri xalqından, millətindən ayrı düşəndə, öz şəxsi mənafeləri naminə mədhiyyə ilə məşğul olanda o xalq, o millət məmişə zillət içərisində yaşayar, öz xöşbəxtliyii itirər. Lakin Xalidə Hicran harda yaşamasından asılı olmayaraq bütün zaman kəsiyində öz xalqının yanında olmuş, onun maraqlarını müdafiə etmiş, sözünü demiş və bu gün də bu şərəfli yolunu yaradıcılığının bütün sahələrində uğurla davam edirməkdədir. Bayatı janrı heç də göründüyü kimi düyil. O, asan olduğu qədər də çətindir. Hikmət dolu bu söz xəziəsinə adi yanaşmaq, qafiyə xatirinə söz qoşmaq, söz oynatmaq olmaz. Burada işlədilən bədii təsir və ifadə vasitələri çox zəngin olmalı və fikrin poetik gücünü artırmağa xidmət etməlidir. Böyük yaradıcı təxəyyülün məhsulu olan bayatılarda işlənən məcazlar sözlə ifadəyə poetik vüsət və rövnəq verməlidir. Bu mənada Xalidə Hicran poetikasında bayatı janrı özünün yeni çalarlarını alır, dərin məna və məzmun kəsb edir və mənsub olduğu xalqın dərdini, kədərini özündə əks etdirir. Aydın hiss olunur ki, Xalidə Hicran nə yazdığının, nə dediyinin həmişə fərqindədir. Bir şair kimi, bir vətəndaş kimi bu onun içindən gəlir və bu, içində kükrəyən, daşan el sevgisinin, vətən sevgisiin təzahürüdür.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər