SABUNCUDA QAZİYƏ QARŞI MƏMUR SAVAŞI!

DogruXeber.tv: - Bakının Sabunçu rayonunda yaşayan Səyyaf Məmmədov adlı bir qazimiz var. Əslən qarabağlıdır. Ağdam rayonun Maqsudlu kəndində dünyaya göz açıb. İşğal dövründə Bakıya pənah gətirib, Sabunçuda məskunlaşıblar. Hazırda “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Sabunçu Rayon Şöbəsinin rəhbəridir.

Səyyaf Birinci Qarabağ Savaşında silah götürüb torpağın müdafiəsinə qalxıb. Erməni işğalçılarına qarşı qəhrəmancasına vuruşub. Aldığı yara döyüş yolunu yarımçıq qoyub, bir ayağını itirib.

SABUNCUDA QAZİYƏ QARŞI MƏMUR SAVAŞI!

Bu günlərdə Səyyaf Məmmədov redaksiyamıza müraciət edərək ərazi üzrə icra hakimiyyəti orqanından şikayətini bildirdi. Kameramızı, mikrofonumuzu götürüb Sabunçuya yollandıq.

Səyyafla görüşüb söhbət etdik. Qazi dərdini danışdı. Dedi ki, öz içimizdəkilərdən pislik görəndə bəzən düşməndən aldığı yaranı belə unudur. Konkret olaraq Sabunçu Rayon İcra başçısı Adil Vəliyev və onun humanitar məsələlərə baxan Ədalət adlı işçisindən şikayətçidir.

Söhbət əsnasında onun rayon ərazisində şəhidlərin xatirəsinə bulaq açdığı məlum oldu. Amma bir gün Adil müəllimin qoçuları gəlib bulağı vurub dağıdıblar. Ümumiyyətlə, bu insan icra hakimiyyətinə nə barədə müraciət edirsə, rədd cavabı alır. İstədiyi də ictimai fəaliyyəti üçün şəraitin yaradılmasıdır.

Bu haqda şəxsən başçı Adil Vəliyevə də bildirib, onun başqa əməkdaşlarına da deyib. Başa düşmək olmur, müharibə veteranına, qaziyə qarşı belə sərt münasibətin səbəbi nədir?

Vətən müharibəsindən sonra bütün rayonlarda şəhid ailələri, qazilərin işləri ilə məşğul olmaq üçün şöbələr yaradılıb. Dövlət başçısı öz qayğısını, diqqətini belə bildirir, yerlərdəki nümayəndələr də tam tərsini edirlər. Adil Vəliyev, sizin, həmçinin işçilərinizin ixtiyarı yoxdur ki, vətəndaşa qarşı kobudluq etsinlər.

Özü də canını Vətən, millət yolunda qoymuş bir insan üçün. Bu şəxs düşmən yarası alıb, siz də bir tərəfdən yara vurursunuz. Onda ermənidən fərqiniz nə oldu? Guya ərazinizdə hər şey qanununa uyğun gedir, bircə Səyyafın müraciəti uyğun deyil?

Necə olur ki başqalarına yer də tapılır, otaqlar da, şərait də. Amma arxasız adamı gözünüz görmək istəmir. Yaxşı, nə etsin? Həll yolunu göstərin. Bəlkə Sabunçuda başqa qanunlar var. Deyin, hamımız bilək.//neqativ.com

Oxunub: 111

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər