İnqilabi yenilik: Doun sendromu xəstəliyinə SON

Elm dünyada sensasion yenilik qeydə alınıb. Alimlər ilk dəfə olaraq Doun sindromuna səbəb olan artıq xromosomu gen redaktəsi texnologiyası olan CRISPR-Cas9 vasitəsilə hüceyrə səviyyəsində uğurla aradan qaldırıblar.

"DogruXeber.tv" Türkiyə mediasına istonadən xəbər verir ki, doun sindromu tibbdə Trizomi 21 kimi tanınır və 21-ci xromosomun orqanizmdə üç nüsxədə olması nəticəsində yaranır. Bu genetik fərqlilik zehni inkişaf geriliyi, ürək qüsurları və digər ciddi sağlamlıq problemləri ilə müşayiət olunur.

Tədqiqatçılar Doun sindromlu şəxslərdən götürülmüş kök hüceyrələr və dəri hüceyrələri üzərində apardıqları təcrübələr zamanı artıq üçüncü xromosomu hər iki hüceyrə növündə uğurla çıxara biliblər. Nəticədə yalnız artıq xromosom silinməyib, eyni zamanda hüceyrələrin normal gen fəaliyyəti də bərpa olunub. Bu isə elm tarixində misli görünməmiş bir irəliləyiş hesab edilir.

Məlumata görə, əməliyyat yüksək dəqiqlik əldə etmək üçün CRISPR-Cas9-un mərhələli tətbiqi və hüceyrənin öz DNA bərpa mexanizminin müvəqqəti bloklanması ilə həyata keçirilib. Bu üsul artıq xromosomun məqsədli şəkildə parçalanmasına və funksiyasının tam dayandırılmasına imkan verib.

Hazırda tədqiqat yalnız laboratoriya mərhələsində olsa da, bu nailiyyət uzun illər müalicəsi mümkün hesab edilməyən irsi xəstəliklər üçün yeni ümid qapısı açır. Alimlər bildirirlər ki, gələcəkdə metodun təhlükəsizliyi təsdiqlənərsə, texnologiya beyin hüceyrələrinə, hətta doğuşdan əvvəl tətbiq edilə biləcək səviyyəyə qədər inkişaf etdirilə bilər.

Mütəxəssislərin fikrincə, bu yanaşma təkcə Doun sindromu ilə məhdudlaşmaya bilər. Gələcəkdə erkən yaşda ölümə səbəb olan Trizomi 13 və Trizomi 18 kimi daha ağır genetik patologiyaların da müalicəsinə yol aça bilər.

Oxunub: 199

Son xəbərlər

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Bütün xəbərlər