Ay insan psixikasına təsir edirmi

Ayın insan həyatına təsiri ilə bağlı inanc və müşahidələr qədim dövrlərdən bəri mədəniyyətlərdə yer alıb. Ay fəzada yerə ən yaxın səma cismidir və onun cazibə qüvvəsi okeanlarda gel-gel hadisələrinə səbəb olur.

DogruXeber.tv” yazır ki, eyni cazibə qüvvəsinin insan bədəni və xüsusilə də sinir sistemi üzərində də müəyyən təsirlər yarada biləcəyi ehtimalı əsrlərdir müzakirə olunur. İnsan bədəninin təqribən 70 faizi sudan ibarət olduğu üçün bəzi alimlər bu təsirin nəzərə çarpacaq dərəcədə ola biləcəyini düşünür.

Ay dövrü 29,5 gün çəkən bir təbiət ritmidir və bu ritm təkcə dənizləri yox, eyni zamanda bioloji saat, yuxu rejimi, hormon balansı kimi daxili proseslərə də sinxron ola bilər. “DogruXeber.tv” bildirir ki, bəzi psixoloqlar və neyrobioloqlar, dolunay gecələrində insanların yuxu keyfiyyətində azalma, emosional həssaslıqda artım, hətta aqressiv davranışların artdığını müşahidə ediblər. Bununla yanaşı, bəzi xəstəxana və polis statistikalarında da dolunay zamanı psixoloji pozuntular və qəza hadisələrinin nisbətən artdığı qeydə alınıb.

Dolunayın təsiri ilə bağlı bir digər nəzəriyyə də melatonin hormonu ilə əlaqələndirilir. Melatonin insanın sirkadiyal ritmini, yəni bioloji saatını tənzimləyən əsas hormonlardan biridir. Ayın parlaqlığının artması gecə saatlarında işıq səviyyəsini dəyişdirə bilər və bu da melatonin ifrazına mənfi təsir göstərə bilər. Melatonin azaldıqda isə insan daha gərgin, narahat və yuxusuz ola bilər. Bu da ümumi psixoloji vəziyyətə birbaşa təsir edir.

Mistika və astrologiya isə Ayın təsirini təkcə bioloji deyil, eyni zamanda enerjetik və emosional sahədə də izah edir. Qədim tibet və hindu təbabətində Ay dövrlərinin meditasiya, detoks, dua və enerjiyə fokuslanma üçün ən uyğun vaxtlar olduğu düşünülür. Dolunay zamanı bədənin artıq enerjilərdən və emosional yüklənmədən təmizlənməsi üçün ən uyğun dövr hesab edilir. Yeni Ay isə yenilənmə, plan qurma və psixoloji sıfırlanma vaxtıdır.

Elmi dairələr bu təsirlərin bir çoxunu hələ tam sübut etməsə də, Ayın psixoloji və bioloji ritmlə sinxronluğu nəzərə alınaraq bəzi terapevtlər artıq müalicə planlarını bu təbiət dövrlərinə uyğunlaşdırmağa başlayıb. İnsan və kainat arasındakı əlaqənin düşündüyümüzdən daha dərin olduğu bu kimi nümunələrlə bir daha üzə çıxır.

Son xəbərlər

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Bütün xəbərlər