gundem / dunya
2.03.2026, 10:45
"Amerika ilə heç bir danışıq aparmayacağıq" - Laricani
İran ABŞ ilə heç bir danışıqların aparılmadığını açıqlayıb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.
Qərb mediası İranın ABŞ-dən danışıqlar tələb etməsi ilə bağlı iddialarından sonra Laricani İranın Amerika ilə heç bir danışıqlar aparmayacağını vurğulayıb: "Amerika ilə heç bir danışıqlar aparmayacağıq".
Qeyd edək ki, "Wall Street Journal" qəzeti Laricaninin ABŞ ilə yenidən danışıqlar aparmaq planlarını Oman tərəfinə göndərdiyini iddia etmişdi.



